BAYRAĞIMIZIN YANDIRILMASI CİNAYƏTDİR
Digər xəbərlər

BAYRAĞIMIZIN YANDIRILMASI CİNAYƏTDİR

Aprelin 14-ü İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli azarkeşlərdən biri ermənilərə xas olan vandalizmi nümayiş etdirərək Azərbaycan bayrağını yandırıb. Sosial şəbəkələrdə həmin şəxsin dizayner Aram Nikolyan olduğu bildirilir.

Bayrağın yandırılması, idmançılarımıza hörmətsizlik, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən qəbul olunmuş Beynəlxalq konvensiyaya bu qəbildən olan bütün əməllərə zidd davranışdır. Politoloq Oqtay Qasımov bildirir ki, baş verən hadisə Ermənistan cəmiyyətinin yoluxduqları narsist-faşist düşüncələrin fonunda heç gözlənilməz deyildi. Bu, bir daha Ermənistan cəmiyyətinin, vətəndaşlarının ümumiyyətlə bölgədə sülh prosesinə əngəl törətdiyinin sübutudur: "Bu, bir vandalizm aktı nifrətin, kin-küdurətin təzahürüdür. Ermənistan hakimiyyət dairələri Azərbaycan idmançılarının təhlükəsizliyinə tam təminat verməli   belə bir vandalizm hərəkatının baş verməsinə imkan yaratmamalıydılar. Amma erməni cəmiyyəti 200 ildən bəri antitürk ovqatında köklənmiş bir cəmiyyət olduğuna görə bu cür hadisələr heç gözlənilməz deyil. Bu, bir daha göstərir ki, Ermənistan bölgə xalqları üçün böyük təhdiddir".

İllərdir davam edən erməni aqressiyası mütəmadi şəkildə özünü büruzə verir. Bu il artıq törədilən 3- təxribatdır. Bu vasitə ilə Ermənistan sülhü gecikdirir öz çirkin əməllərindən əl çəkmir. Politoloq Samir Hümbətov bildirir ki, komandamız bu gün təhlükəsizlik adı altında oteldə girov saxlanılıb: "Bu, əslində Ermənistan tərəfinin danışıqlar prosesini ləngitməsi cəhdi kimi dəyərləndirilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq 2015-ci il birinci Avropa oyunlarında erməni əsilli idmançılar üçün hətta Ermənistandan gələnlərə şərait yaratmışdı. Yəni burada əslində, qeyri-adi heç yoxdur. Bu idman yarışlarıdır, Ermənistan isə bunu siyasi oyun alətinə çevirməyə çalışır. Amma əslində sülh danışıqları prosesində bu cür məsələlər diqqətə alınmalıdır. Çünki bu, dövlətlərarası münasibətlərin formalaşmasına şərait yaradır. Bu cür idman yarışlarında, kütləvi-mədəni tədbirlərdə bu kimi hallar baş verirsə, bu, o deməkdir ki, erməni cəmiyyəti hələ buna hazır deyil. Həm dövlət olaraq bu məsələ maraqlarında deyil. Paşinyan administrasiyası bu məsələdə qeyri-obyektiv mövqe nümayiş etdirirİndiki halda Ermənistanın bu addımları nəticə etibarilə danışıqlar prosesinə böyük zərbə ola, həm gələcəkdə xalqlar arasında münasibətlərin normallaşmasına maneə törədə bilər. İstər bayrağımızın yandırılması, istərsə idmançılarımızın girov götürülməsi olsun, bunlar hamısı ölkələrarası münasibətlərin qurulmasına böyük zərbə vurur".

Qeyd edək ki, Azərbaycan Respublikasına qarşı törədilən bu terror aktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli nifrət düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli nifrət düşmənçiliyin salınması) 12.2, 324- (Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".