Brüssel Enerji Klubunun nümayəndəsi: Prezident İlham Əliyev Avropadakı bir çox liderlər üçün nümunədir
MÜSAHİBƏLƏR

Brüssel Enerji Klubunun nümayəndəsi: Prezident İlham Əliyev Avropadakı bir çox liderlər üçün nümunədir

Bugünkü beynəlxalq konfransda iştirak etməkdən məmnunluq duyuram. Prezident İlham Əliyevin çoxsaylı suallara qeydsiz, hazırlıqsız cavabları tədbir iştirakçılarını heyran etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Brüssel Enerji Klubunun nümayəndəsi Marat Terterov deyib.

O qeyd edib: "Bugünkü tədbir Azərbaycan Prezidentinin geosiyasət strategiya üzrə ekspert kimi bacarıqlarını nümayiş etdirdi. Düşünürəm ki, sizin Prezidentiniz Avropadakı bir çox liderlər üçün həqiqətən nümunədir siz onunla fəxr edə bilərsiniz. Xəzər dənizinin sahilində olmaq sadəcə, Bakıda yaşamaq həqiqətən inanılmazdır. İlk dəfədir buraya səfər edirəm, amma şəhərin inkişaf səviyyəsi məni çox heyran etdi".