Brüssel görüşü nə vəd edir?
Siyasət

Brüssel görüşü nə vəd edir?

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu gün Belçikanın paytaxtı Brüssel şəhərində görüş keçirilir. Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüş regional olaraq bir sıra məsələlərin həllinə yönəlmişdir.

44 günlük Vətən müharibəsindən əvvəl sonrakı dövrdə Ermənistan öz məkrli siyasətindən əl çəkməyərək Azərbaycanın uzatdığı sülh əlini daimi geri çevirmişdir. Vaşinqton, Moskva digər beynəlxalq səviyyəli görüşlərdə Nikol Paşinyanın sülh vədləri destabilliyi qoruyub saxlama cəhdindən başqa bir şey deyil. Lakin bu gün Azərbaycan yenidən Brüsseldə Cənubi Qafqazda sülh əmin-amanlığın əsas dəstəkçisi kimi Ermənistan tərəfi ilə sülh prosesinin başladılmasını prioritet olaraq görür.

Əsas diqqətçəkən məqam isə ölkəmizin görüşdən kimi müsbət razılaşmalar yaxud əyani icraatlarla ayrılacağıdır. Bu məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov deyib: "Brüsseldə keçirilən görüşdə çox ciddi nəticələrin əldə olunması proqnoz edilmir. Lakin Avropa İttifaqının Vaşinqton görüşündən sonrakı təşəbbüsü tərəfləri fikir mübadiləsinə dəvət etməsi müsbət bir haldır. Düşünürəm ki, Brüssel görüşündə Vaşinqtonda razılaşdırılmış bundan sonra razılaşdırılması vacib olan məqamlar ətrafında danışıqlar aparılacaq. Bununla yanaşı, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiyası prosesi gündəmə gətirilə bilər. Ermənistan tərəfinin yenidən burada yaşayan azlıqlar üçün xüsusi mükəlləfiyyətlərin verilməsini təklif edəcəyi gözləniləndir. Lakin heç bir qüvvənin Azərbaycanın daxili işinə qarışma cəhdi qəbul edilməyəcəkdir.

Brüssel görüşünün keçirilməsindən əvvəl ABŞ dövlət katibi Antoni Blinkenin Şarl Mişellə danışığı zamanı Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı durumu müzakirə etməsi onu göstərir ki, Amerika tərəfi Vaşinqton görüşlərindən sonra prosesin Brüsseldə davam etdirilməsinə müsbət yanaşır irəliyə atılacaq addımları dəyərləndirir. Çox ciddi dönüşün, irəliləmənin olmasının düşünülmədiyi bu görüş ən azından Azərbaycanın beynəlxalq nəzərdəki nüfuzunu daha da artırmaq üçün önəmli olacaq. Belə ki, keçirilən hər görüşdə ölkə başçısının sadaladığı faktlar məhz Ermənistan tərəfinin cavab tapa bilmədiyi məqamlardandır. Həm Ermənistanın davranışları, onun havadarlarının prosesi yubatmaq cəhdləri bunu deməyə əsas verir. Bu baxımdan, görüşün müsbət təsiri olsa belə, ciddi addımların atılmasının hələ ki, olmayacağı qənaətindəyəm".

Nurlan ABDALOV,

"Respublika".