Bu gün futbol klubumuz Türkiyədə ilk yoxlama oyununu keçirəcək
İdman

Bu gün futbol klubumuz Türkiyədə ilk yoxlama oyununu keçirəcək

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” klubu ilk yoxlama oyununu keçirəcək.

"Respublika" bildirir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Moldova təmsilçisi “Sukleya” ilə üz-üzə gələcək.

“Termal otel”in məşq bazasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, "qırmızı-qaralar" qonşu ölkədə daha iki yoxlama görüşü keçirəcək.

"Qəbələ" UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Kiprin "Omoniya" kollektivi ilə üz-üzə gələcək.