Bakıda sıxlıq müşahidə olunan yollar
CƏMİYYƏT

Bakıda sıxlıq müşahidə olunan yollar

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.