Bu il gəmi ilə daşınan yüklərin 55,8 faizi tankerlərin payına düşür
İqtisadiyyat

Bu il gəmi ilə daşınan yüklərin 55,8 faizi tankerlərin payına düşür

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə cari ilin yanvar-oktyabr ayları ərzində daşınan yükün həcmi məlum olub.

ASCO-dan "Respublika"ya bildirilib ki, cari ilin 10 ayı ərzində ASCO gəmiləri ilə ümumilikdə 7,7 milyon ton yük daşınıb.

Daşınan yükün 4,3 milyonu tankerlərin, 2,8 milyon tonu bərələrin, 0,6 min tonu isə universal quru yük gəmilərinin payına düşüb.

Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə yükdaşımaların həcmində 21% artım qeydə alınıb.