Çürüyən erməni
Digər xəbərlər

Çürüyən erməni "fəlsəfəsi"

Son iki əsrdə tarix dəfələrlə sübut edib ki, ermənilərin ayağı hara dəyibsə, orada pozuculuq fəaliyyəti, yalan, saxta təbliğat, qərəzli və kinli çıxışlar, xəbis erməni niyyəti özünü büruzə verib. Bu millət etibarsızlığını tarixin hər mərhələsində nümayiş etdirib, əlinə girəvə düşən kimi xəncəri kürəkdən saplayıb, dost dediyi adama qarşı cinayət törədib, kölgəsinə, qoltuğuna sığındığı dövlətə xəyanət edib. Qardaş Türkiyədə bir zamanlar sarayda ən yüksək vəzifələrə yüksəldilən bu etnik qrup çətin dönəmdə ilk zərbəni çörəyini yediyi, sığınacaq tapdığı Osmanlı dövlətinə vurub. Qacarlar dövlətinə qarşı eyni şəkildə xəyanət edib. Ən yaxın tarixə nəzər salaq. Xilaskar kimi qucaq açdığı Rusiyaya qarşı ermənilərin keçirdikləri etiraz aksiyaları onu göstərir ki, bu toplum yaxşılığı tez unudur. Məlum olduğu kimi, son vaxtlar Ermənistanda Rusiyaya qarşı etiraz aksiyaları keçirilir. Həm də bu, ilk hadisə deyil. Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik və ya təmsil etdiyi siyasi qüvvələr 2018-ci ilin dekabrında da bu kimi aksiyalar keçiriblər. Həmin yürüşlərdə "İylənmiş Rusiya, Ermənistandan rədd ol!", "Rusiya işğalçıdır!", "Rusiya ordusu, Ermənistandan rədd ol!" kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasına gedən yolu bağlayıb, qarşısında mitinq ediblər. Vaxtilə Rusiyaya yalvaran, onun tozlu ayaqlarından öpən ermənilər indi ona dirsək göstərirlər.

Birinci Qarabağ müharibəsindən sonra Rusiya mətbuatında yayılan məlumatlardan aydın oldu ki, Rusiya olmasaydı, nə Qarabağ erməniləri olacaqdı, nə də Ermənistan adlı dövlət… Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının keçmiş komandanı, polkovnik Andrey Ruzinski ermənilərin iç üzünü açaraq deyib ki, mən Qarabağda xidmət etmişəm. Və siz necə düşünürsünüz? Bu əclaflar (erməni silahlıları) bizim arxamızda gizlənirdilər və azərbaycanlılar uzaqdan görünən kimi silahlarını ataraq geri qaçırdılar... Onlar qorxaqdırlar, vəssalam.

İrəvanda anti-Rusiya etirazları ilə bağlı bir müddət əvvəl, Moskvanın və bütün Rusiyanın patriarxı Kirill bildirib ki, erməni dövləti yaranandan biz bu xalqı müdafiə edirik, hansı ki, heç pravoslav da deyil. Biz Ermənistanı həmişə rus dövlətinin tərkib hissəsi hesab etmişik və katolik erməniləri göz bəbəyimiz kimi qorumuşuq. Belə qəliz coğrafiyada Ermənistan Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə diqqət edin, yaxşılıq necə də həyasızcasına unudulur. Sən demə, biz erməniləri istismar eləmişik. Ermənilər bir həqiqəti unutmasınlar, onların əldə etdikləri torpaqlar rus pravoslav əsgərlərinin qanı ilə suvarılıb.

Maraqlı və utancverici bir məqam ortaya çıxır. Həmin dövlətə qarşı mitinqlər keçirən ermənilər, nə qədər qəribə olsa da, Rusiyanın ucuz silahından və qazından imtina eləmirlər. Ermənistanın 1İn. am saytı yazır ki, ölkəmizin bir nömrəli strateji müttəfiqi Rusiya ilə Ermənistanın xarici diplomatiyası, siyasəti iflas olub. İnqilabdan ötən illər ərzində (Paşinyanın hakimiyyətə gəlməsi nəzərdə tutulur) Ermənistanın xarici siyasət fəlsəfəsi belə dəyişməyib.

Bəzi analitiklər hesab edir ki, əslində, bu aksiyaların Ermənistan hakimiyyəti tərəfindən təşkil olunduğu istisna edilmir. Çünki ötən ilin sonunda Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın "ruslar Qarabağı mühasirəyə alıb" ifadəsi hansısa siyasi mərkəzin düşüncəsinin məhsuludur. Qeyd edək ki, Qriqoryanın dekabrın 26-da Ermənistan İctimai Televiyasının efirindən çıxışı ölkəsinin və Rusiyanın siyasi dairələrinin etirazı ilə qarşılanmışdı. Gümrüdəki hərbi bazanın qarşısındakı aksiya və ya ondan əvvəl Qriqoryanın Rusiyanı şantaj edən çıxışı Ermənistanın Kremldən uzaqlaşmağa çalışdığını, digər tərəfdən isə Ruben Vardanyan adlı keçmiş rusiyalının Qarabağ iqtisadi rayonunda qanunsuz mövcudluğu perspektivdə regiondakı ermənilərin anti-Rusiya çıxışlarının qarşısını almağa yönəldiyini ehtimal etməyə əsas verir. Hər halda siyasi şərhçilərin düşüncəsi belədir.

Başqa bir məqama diqqət yetirək. Xəbər agentlikləri bildirir ki, ermənilər Rusiyadan qaçmağa başlayıb. Ermənistandakı pasport-viza idarəsi bildirib ki, Ukraynada müharibə başlayandan 17498 erməni Rusiyadan geri qayıdıb. Bax, belə. Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların və könüllülərin Qarabağ iqtisadi rayonundakı faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarına qarşı keçirdikləri etiraz aksiyası davam edir və gənclərin qəti mövqeyi belədir ki, Rusiya sülhməramlı qüvvələrinin arxasında gizlənən cinayətkar erməni silahlı dəstələri və başqa ölkənin vətəndaşı olan təxribatçı R.Vardanyan bizim torpaqları tərk etməlidirlər. Xəyanətlərdən, hiyləgərlikdən, başqasının torpağına göz dikməkdən, yalan və böhtandan bəhrələnən erməni fəlsəfəsi artıq çürüyür, erməni lobbisinin süni nəfəs rolunu oynayan yardımlarının heç bir faydası olmayacaq. Azərbaycan xalqının qəti və prinsipial mövqeyi belədir ki, Xankəndi qədim şəhərimizdir, azərbaycanlılar həmin şəhərdəki evlərinə qayıdacaqlar, istəyən erməni bizimlə yaşaya, istəməyənlər isə çıxıb gedə bilərlər. Başqa yol yoxdur.

Salman ALIOĞLU,

"Respublika".