Dəmir yolunda yenidənqurma işləri
Digər xəbərlər

Dəmir yolunda yenidənqurma işləri

Sumqayıt-Yalama dəmir yolu xəttində yenidənqurma işlərinin 53%-i tamamlanıb.

“ADY” QSC-nin məlumat xidmətindən bildirilir ki, yolun 200 km-lik hissəsində yeni rels-şpal şəbəkəsi quraşdırılıb, ümumilikdə 340 süni mühəndis qurğusu inşa edilib ki, onlardan 7-si yerüstü piyada keçididir.

Xəttin yenidən qurulması yük və sərnişin daşınmalarda vaxta qənaətə, ətraf mühitə zərərin azaldılması, eləcə də təhlükəsizliyin artırılmasına töhfə verir.

“Respublika”.