DİN: Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
CƏMİYYƏT

DİN: Dünən cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Aprelin 9-da ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

DİN-in mətbuat xidmətindən "Respublika"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 67 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.