DOST mərkəzlərinin çoxalması sosial islahatların dərinləşməsi deməkdir
Sosial həyat

DOST mərkəzlərinin çoxalması sosial islahatların dərinləşməsi deməkdir

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) mərkəzlərindəki sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ və şəffaf, müasir əsasda təqdim edilir.  DOST təcrübəsi artıq 9 beynəlxalq mükafatla təltif edilib. İşğaldan azad edilmiş bölgələrimizdə DOST xidmətlərinin göstərilməsi istiqamətində ilk addım kimi ötən ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi açılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına əsasən 2023-2026-cı illərdə Cəbrayıl, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST xidmətləri infrastrukturu qurulacaq. Hazırda isə Naxçıvan, Bərdə, Şuşa, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST mərkəzlərinin açılması üçün işlər davam etdirilir. Prezident İlham Əliyev qeyd edib ki, DOST mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir. Çünki Agentlik innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasına görə yaradılıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, DOST mərkəzləri sosial sahədə xidmətlərin elektronlaşması, eləcə də şəffaflığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Bu mərkəzlərin yaradılması sosial modeldir. Yəni, sözügedən xidmət sosial əlçatanlığı artırmş olur. DOST mərkəzlərinin sayının artması sosial sahədə islahatların dərinləşməsi anlamına gəlir. Bu baxımdan, yeni mərkəzlərin yaradılması sosial sferada islahatların dərinləşməsi üçün xüsusi baza formalaşdırır.

Nuranə DAXİLQIZI,

“Respublika”.