Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə
Digər xəbərlər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı növbəti müsahibə

Penitensiar xidmətin kiçik rəis heyəti vəzifələri üzrə vakant ştat vahidlərinin zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi məqsədilə Müsabiqə Komissiyası tərəfindən müsahibə elan edilir.

“Respublika” xəbər verir ki, müsahibədə iştirak etmək istəyən, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə xidmətdə qulluğa yararlı, əvvəllər məhkum edilməmiş, məhkəmə, prokurorluq, digər hüquq-mühafizə orqanları və ya başqa dövlət orqanlarında yol verdiyi nöqsanlara görə xaric edilməmiş, həqiqi hərbi xidmətini tam başa vurmuş, yaşı 20-dən aşağı 30-dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları cari ilin avqust ayının 7-dən sentyabr ayının 7-dək ərizə ilə Penitensiar xidmətə müraciət edə bilərlər. Ərizələri xidmətin elektron poçtu ([email protected]), Azərpoçt və ya xidmətin Bakı şəhəri, Nizami küçəsi 114 ünvanında yerləşən inzibati binasındakı poçt qutusu vasitəsilə təqdim etmək mümkündür.

Seçim zamanı ali təhsilli, kompüter və xarici dil biliklərinə sahib, boyu ən azı 175 sm olan, yaxın qohumları məhkum edilməmiş kişi namizədlərə, həmçinin Ədliyyə Nazirliyində həqiqi hərbi xidmət keçmiş şəxslərə üstünlük veriləcək.

Müsahibədə iştirak etmək istəyən şəxslər ərizə nümunəsi ilə Penitensiar xidmətin internet səhifəsinin (http://penitensiar.justice.gov.az) “Xidmətə qəbul” bölməsində tanış ola bilərlər.