ƏLİLLİYİ OLAN 160 ŞƏXS ÜÇÜN ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KİÇİK TƏSƏRRÜFATLAR YARADILIB
Sosial həyat

ƏLİLLİYİ OLAN 160 ŞƏXS ÜÇÜN ÖZÜNÜMƏŞĞULLUQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ KİÇİK TƏSƏRRÜFATLAR YARADILIB

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, ötən il bu proqram çərçivəsində 1600 şəxsə kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə mal və materiallar formasında aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

Qeyd edək ki, proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər.

"Respublika".