Ərazilərin minalardan təmizlənməsində həmrəylik vacibdir
Siyasət

Ərazilərin minalardan təmizlənməsində həmrəylik vacibdir

Vətən müharibəsinin başa çatmasından iki il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, Azərbaycan ərazilərində partlamamış sursatlar mina təhlükəsi hələ aktual olaraq qalmaqdadır. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə israr edən Ermənistan bununla dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə, həm insanlıq əleyhinə cinayət törədir.

Minatəmizləmə işləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilir.

"Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələrdən biridir". Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən beynəlxalq humanitar konfransda bildirib. O qeyd edib ki, bu gizli təhlükələr insan faciələrinə səbəb olmaqla yanaşı, həm sosial iqtisadi inkişafa mane olur. Bu, həm regionda sülh sabitliyə ciddi maneədir: 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 81 min 386 hektar ərazi minalardan təmizlənib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ qalır. Son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların digər partlayıcı qalıqların qurbanı olub. Onlardan 57-si dünyasını dəyişib, 245 nəfər isə yaralanıb.

Müdafiə Nazirliyinin son məlumatına görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə bölmələrinin fəaliyyəti nəticəsində isə azad edilmiş ərazilərimizdə cari ilin iyun ayı ərzində 640 hektaradək ərazi minalardan, ümumilikdə isə 31334 hektaradək ərazi mina partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə, 10206 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina 10446 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

"Mövcud çətinliklərə baxmayaraq, Azərbaycan minalarla çirklənmiş ərazilərinin artıq ondabirini təmizləyib". Bu barədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023- il sessiyalararası görüşündə iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov söyləyib.

Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına da başlanılıb. Bu, "Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək" layihəsi çərçivəsində reallaşdırılıb. Artıq iyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir. 6 həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar. Layihə çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub. İşğaldan azad olunan torpaqlarda bərpa işlərinin sürətlənməsi xeyli dərəcədə minaların aşkarlanıb zərərsizləşdirilməsindən asılıdır bu istiqamətdə lazımi addımlar atılır.

Müşfiq MİRZƏ,

"Respublika".