Ərdoğandan Səudiyyə Ərəbistanının vəliəhdinə hədiyyə
Türk dünyası

Ərdoğandan Səudiyyə Ərəbistanının vəliəhdinə hədiyyə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana “Togg” avtomobili hədiyyə edib.

“Respublika” xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Bildirilib ki, bu, Türkiyə Prezidentinin Səudiyyə Ərəbistana səfəri zamanı olub. Səfər çərçivəsində investisiya, müdafiə sənayesi, enerji, müdafiə və kommunikasiya sahələrində birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Səfər zamanı, həmçinin Rəcəb Tayyib Ərdoğan və Məhəmməd bin Salmanın sədrliyi ilə Əl Salam sarayında təkbətək və heyətlərarası görüş də baş tutub.

Danışıqlardan sonra Türkiyə Prezidenti Səudiyyə Ərəbistanın vəliəhdinə ağ rəngli “Togg” hədiyyə edib.

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da  başlanılıb və bu ilin mart ayında isə avtomobil satışa çıxarılıb.

Bundan öncə, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə, Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevə, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova “Togg” avtomobili hədiyyə edib.

Nəzrin ELDARQIZI,

"Respublika".