Ermənistan yeni ekoloji terrora hazırlaşır
Ekologiya

Ermənistan yeni ekoloji terrora hazırlaşır

Otuz il müddətində doğma torpaqlarımıza dəyən ziyanın nəticələri bu gün göz önündədir. Meşələrimiz yandırılıb, təbii sərvətlərimiz talan olunub, tarixi abidələrimiz dağıdılaraq məhv edilib. Lakin Ermənistan tərəfinin törətdiyi vandalizm bununla da sonlanmır. Sərhəd bölgəsində qurulan zavodların tullantıları ərazidən keçən çaylara atılıb ətraf mühitə zərər vurulub. Həmçinin işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması nəticəsində çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyub. Əlbəttə Hayastanın bu əməlləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə tamamilə ziddir. Yəni düşmən hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-, təmiz su sanitariya ilə bağlı 6-, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərin ziddinə hərəkət edir.

Təmiz təbiətdə yaşamaq hər bir insanın hüququdur. Ötən il BMT tərəfindən bu, belə tanınıb. Lakin Ermənistanın bu əməlləri insan hüquqlarının kobud formada pozulması deməkdir. İndi Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazidə - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Qeyd edək ki, hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq zavodun tikintisinə 70 milyon ABŞ dolları yatırılacaq. Zavodun ərazidə tikilməsi nəticəsində zəhərli kimyəvi tullantılar bölgədəki ekosistemə böyük zərbə vura bilər. Həmçinin zavoddan ixrac olunan tullantıların Araz çayına axıdılması ilə həm çaydakı canlı aləmə, həm onun suyundan suvarma üçün istifadə edilən təsərrüfatlara zərərli ola bilər. İstehsalat səviyyəsinin aşağı düşməsi nəticəsində bölgədə yaşayan insanlar üçün ciddi problemlərin yaranması ehtimalı böyükdür. Buna görə , iyunun 8- Bakıda ekoloji yönümlü QHT-lər layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Toplantıda 20-dən çox ictimai birliyin nümayəndəsi iştirak edib. Birgə bəyanatda bildirilir: "Biz Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü qeyri-hökumət təşkilatları olaraq, başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə Ermənistanı növbəti ekoloji terror törətməkdən çəkindirməyə çağırırıq.

Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edirik ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən ABŞ-ın Azərbaycandakı Ermənistandakı səfirlikləri susmamalı, məsələyə münasibət bildirməlidirlər.

Biz buradan Ermənistandakı ekofəallara da müraciət edirik. Bu, ilk növbədə, Ermənistanın özünün ekoloji vəziyyətinə mənfi təsir edəcək. Bölgəni təhlükəyə sürükləyən bu prosesi durdurmaq üçün hərəkət zamanıdır".

Qeyd edək ki, Oxçuçayla yanaşı, Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda dekabrın 12- ekoloji aksiya başladılıb. Həmçinin onu da bildirək ki, dekabrın 3- 7- Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna əsasən , dekabrın 12-dən etibarən dinc aksiya başlayıb. Ekofəallar soyuq hava şəraitinə baxmayaraq, öz haqlı mübarizələrindən geri dönməyərək aksiyalarına 138 gün davam ediblər. Ekofəalların tələbləri isə belə olub: Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd gömrük nəzarəti postlarının yaradılması, torpaqlarımızda ekoloji terrora son qoyulması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması, nəticədə dinc aksiya iştirakçıları bir sıra mühüm nailiyyətlər əldə edib. Buna əsasən, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin təhlükəsizliyinin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın, qanunun aliliyinin hərəkətin təmin edilməsi məsələsi öz əksini tapıb. Ekofəallar bu dinc aksiyanın məqsədini ilk gündən dünya ictimaiyyətinə düzgün formada çatdırıb. Onların bu etirazı sona qədər dinc formada aparılıb. Ekofəallar silah, top-tüfəngdən istifadə edib. Dinc formada bölgədə həm iməcilik işləri görüb, həm doğma torpaqları üçün ədalət mübarizəsi aparıb. Hayastan isə dinc aksiyanı orada yaşayan insanlara qarşı yönəlmiş bir aksiya kimi göstərməyə çalışırdı. Lakin aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən sona qədər sərbəst hərəkətə heç bir maneə olmayıb yol humanitar məqsədlər üçün tam olaraq açıq qalıb. Lakin qondarma media iddia edirdi ki, biz guya yolu bağlamışıq.

Qeyd edək ki, ekoloji aksiyaya bir çox dövlət qurumlardan, Türkiyə, Gürcüstan, Qırğızıstan, İsveçrə, Avstriya, həmçinin Pakistandakı Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitut Gənc Diplomatlar Forumu, İndoneziyanı təmsil edən İndoneziya Milli Gənclər Şurası, İndoneziya İƏT Gənclər Təşkilatı, Gürcüstan Müsəlman Gənclər Mərkəzi, Qırğızıstanın Gənclər Təşkilatı da dəstək bəyanatı gəlib. Həmçinin İsveçrənin Davos, Avstriyanın Vyana şəhərində həmyerlilərimiz tərəfindən ekofəallara dəstək aksiyası keçirilib.

Aksiya iştirakçıları ruh yüksəkliyi vətənpərvərlik eşqi ilə öz dinc aksiyalarını başa vurublar.  138 gün müddətində ekofəallar günlərini Azərbaycan Himni ilə açıb, vətənpərvər mahnılar ilə davam etdiriblər. Aksiya iştirakçıları:  "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" s. kimi şüarlar səsləndiriblər. Əlbəttə, Azərbaycan gəncliyi bir daha dünyaya öz gücünü göstərib.

Töhfə SƏMƏDOVA,

"Respublika".