Ermənistanın mina terroru səngimir
Digər xəbərlər

Ermənistanın mina terroru səngimir

Ermənistanın Azərbaycana qarşı törətdiyi mina terrorunun ardı-arası kəsilmir. Ölkəmizin dəfələrlə istəməsinə baxmayaraq, Paşinyan hakimiyyəti əsl mina xəritələrini vermir, əksinə, süni xəritələr verərək qanunazidd hərəkətlər edirƏsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə sabitliyə ciddi təhlükədir.

 Üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanın bölgədə terror aktları davam edir. Əlbəttə, son hadisələr onu göstərir ki, Ermənistan tərəfi bütün məsələlərdə olduğu kimi, mina xəritələrinin verilməsində süni əngəllər yaradır. Azərbaycana qarşı heç bir xoşməramlı münasibət göstərməyən Qərb qonşumuz beynəlxalq hüququ kobud şəkildə pozmağa davam edir. Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, müharibənin başa çatmasından üç ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu gün Azərbaycan xalqına qarşı erməni terrorizminin tərkib hissələrindən biri olan mina terroru davam edir. Müharibə ondan əvvəlki dövrdə Ermənistanın nəzarətində olan bölgələr sözün əsl mənasında mina turlarına çevrilib. Hətta birgə bəyanatın imzalanmasından sonrakı müddətdə ermənilər Ağdam, Kəlbəcər Laçın rayonlarını tərk edərkən həmin ərazilərə minalar basdırmağa davam ediblər. Bundan sonrakı müddətdə isə rus sülhməramlılarının  nəzarətində olan ərazilərə Ermənistandan kifayət qədər 2021-ci il istehsalı olan minalar daşınıb basdırılıb. Bu gün Azərbaycan vətəndaşları həmin minalara görə həyat sağlamlıqlarını itirirlər: "Ümumiyyətlə, Ermənistanın törətdiyi barbarlıq aktlarını görməzdən gələn dünya ictimaiyyəti bir dəfə olsun Ermənistanı basdırdığı minalarda həyatını itirən 300 nəfərdən artıq vətəndaşımıza görə heç olmasa 1-2 sətirlik bəyanat səsləndirməyib. Minalar istehsal edən, onu qanunsuz şəkildə ərazilərimizə yerləşdirən Ermənistan hələ qınanılmayıb. Ermənistanın təqdim etdiyi minaların xəritə farmulyarları isə ümumiyyətlə real vəziyyəti əks etdirmir. Burada mina sahələrinin sektorları, basdırılan minaların növləri, onların arasındakı məsafə, basdırılma üsulları s. formulyarlarda bilərəkdən səhv göstərilir. Bu isə mina təmizləmə işlərini, ümumilikdə Azərbaycan vətəndaşlarının doğma yurd-yuvalarına qayıtmasını ləngidir. Qeyd edək ki, Azərbaycanın mina təmizləməyə xərcləyəcəyi milyardlarla vəsaitin Ermənistan tərəfindən ödənilməsi üçün hüquqi prosedurların hazırlanması sürətləndirilməlidir. Ermənistan dünyanın mina ilə ən çox çirkləndirilmiş əraziyə çevirdiyi Azərbaycan torpaqlarının təmizlənməsinə xərclənən vəsaitləri kompensasiya olaraq bizə ödəməlidir.

Ermənistanın 1949-cu il tarixli Cenevrə konvensiyasını 1980-ci il tarixli təsiri zərərli sayıla bilən silah növlərinə qoyulan qadağalar haqqında Konvensiyasının 2-ci protokolunun tələblərini kobud şəkildə pozduğu üçün beynəlxalq məhkəmədə məsuliyyət daşımalıdır. Ermənistanın Azərbaycana minalanmış sahələrin doğru xəritələrini verməməsi bir daha onu göstərir ki, işğalçı ölkə hələ düşmənçilik niyyətindən əl çəkməyib onun xəritələri verməməkdə əsas məqsədi daha çox mülki vətəndaşın ölümünə səbəb olmaq, işğaldan azad etdiyimiz ərazilərdə dinc həyatın bərpasına vətəndaşlarımızın doğma yurd-yuvasına qayıtmasına maneə törətmək, başqa sözlə desək, bölgədə daim hərbi gərginliyi qoruyub saxlamaqdan ibarətdir.

Bunlara baxmayaraq, Azərbaycanın dövlət özəl strukturları hazırda minaların təmizlənməsində yaxından iştirak edir biz torpaqlarımızı düşməndən azad etdiyimiz kimi, onu düşmən minalarından da mümkün qədər ən qısa müddətdə təmizləyəcəyik".

Töhfə SƏMƏDOVA,

"Respublika".