Füzuli: inkişafın yeni mərhələsi
Siyasət

Füzuli: inkişafın yeni mərhələsi

30 il öncə, 1992-ci il avqustun 23- Füzuli rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildi. Eyni tarixdə Füzuli rayonu ilə yanaşı, Cəbrayıl rayonu da düşmən qüvvələri tərəfindən işğala məruz qaldı. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi. Füzuli uğrunda gedən döyüşlər nəticəsində Azərbaycan ordusu rayonun 18 kəndini, üstəlik Cəbrayıl Xocavənd rayonlarının bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Rayonun işğaldan azad edilməsindən dərhal sonra Füzulidə yenidənqurma işlərinə başlanıldı. Zəfərimizdən cəmi 9 ay sonra burada beynəlxalq hava limanı inşa edildi qısa müddət ərzində istifadəyə verildi. 2021-ci il sentyabrın 5- Bakıdan havaya qalxan "Airbus A340-500" tipli "Qarabağ" sərnişin təyyarəsi Qarabağda yeni inşa olunmuş ilk möhtəşəm hava limanında eniş etdi. Oktyabrın 26-da isə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etdilər

Artıq 3 ilə yaxındır ki, Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərimizə mütəmadi səfərlər edir aparılan quruculuq işlərinin gedişi ilə tanış olur.

Aqrar rayon hesab edilən Füzulidə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq sahəsi inkişaf etdirilir. Füzulidə bir sıra təbii ehtiyatlar, o cümlədən inşaat materiallarının istehsalı üçün xammal bazası da mövcuddur. Bölgədə geniş quruculuq işləri aparılır, yeni məktəblər, xəstəxanalar, binalar tikilir, iqtisadi imkanlar genişləndirilir. Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binasının inşasına başlanılıb.

Məktəbdə tikinti işlərinin yekunlaşması bu ilin sonuna gözlənilir. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov mətbuata açıqlamasında bildirib ki, məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. İşlər yüksək keyfiyyətlə, tikinti normalarına uyğun şəkildə aparılır. O qeyd edib ki, Füzuli şəhərinə qayıdan ilk şagirdlər məhz bu məktəbdə təhsil alacaqlar. Cənab Prezidentin söylədiyi kimi, bu məktəb xalqlarımızın qardaşlığının rəmzi olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva mayın 5- Xocavənd Füzuli rayonlarına səfər ediblər. Prezident birinci xanıma Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin ilk yaşayış məhəlləsinin təməlini qoyub. Ölkə başçısı birinci xanım Füzuli rayonunun Pirəhmədli kəndinin təməlqoyma mərasimində iştirak ediblər. Səfər çərçivəsində dövlət başçısı Füzuli-Hadrut avtomobil yolunun 12,3 kilometrlik hissəsinin, o cümlədən "Azərişıq" ASC-nin Füzuli Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin açılışını edib. Dədəli kəndinin təməlini qoyub. Azərbaycan Prezidenti birinci xanım Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq tikilən məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar.

İran ilə sərhəddə yerləşən Füzuli rayonu strateji coğrafi mövqeyə sahib olmaqla yanaşı, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələrinə töhfə verəcək. Bu çərçivədə Füzuli şəhərinin Baş Planı təsdiq edilmiş, şəhərin inkişaf etdirilməsi ilə bağlı konseptual yanaşmalar müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının 2022-2026- illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq olunması 2026- ilədək Azərbaycanın yüksək rifah cəmiyyəti olan ölkəyə çevrilməsini təmin edəcək.

Nəzrin CAVADZADƏ,

"Respublika".