Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüblər
Digər xəbərlər

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüblər

İyulun 5-də Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə iş saatından sonra əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.