Hər zaman yanınızdayıq
Region

Hər zaman yanınızdayıq

Sabirabad

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara humanitar yardım ölkəmizin bütün bölgələrində olduğu kimi, Sabirabad rayonunda da davam edir.

Sabirabad şəhərində yardımların toplanması üçün xüsusi məntəqələr yaradılıb.  Zəlzələnin baş verdiyi ilk gündən sabirabadlılar yardım toplama məntəqələrinə könüllü şəkildə gələrək yataq dəstləri, böyüklər və uşaqlar üçün isti geyimlər, gigiyenik vasitələr, konservləşdirilmiş qidalar, quru ərzaqlar, tibbi ləvazimatlar və digər zəruri avadanlıqlar təqdim edirlər. Yükdaşıma şirkəti olan "LinEx Express" MMC-nin Sabirabad filialında və "Şamaxılılar" məscidində yardımların qəbul edilməsinə, çeşidlənməsinə və yola salınmasına rayon sakinləri yaxından köməklik göstərir.

Yardım aksiyasında yerli sakinlər, ağsaqqallar, ziyalılar, gənclər, könüllülər, iş adamları, idarə və təşkilatların əmək kollektivləri fəallıq nümayiş etdirirlər.

Sabirabad əhalisinin qardaş türk xalqına humanitar yardımı davam edir.

Tofiq HÜSEYN,

"Respublika".