Həssas qruplara aid 195 benefisiara xidmət göstərilir
Sosial həyat

Həssas qruplara aid 195 benefisiara xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə daha 20-dək benefisiar cəlb olunub.

Hazırda burada həssas qruplara 195 benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir.

Onlardan 128 nəfəri əlilliyi olan şəxslər, 30 nəfəri aztəminatlı ailələrdən olanlar, 25 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, 12 nəfəri şəhid ailələrinin üzvləri,  müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Həmçinin benefisiarlardan 96 nəfəri 6-18 yaşlarında, 99 nəfəri 18 və daha yuxarı yaşda olanlardır.