“Heydər Əliyev İli” ilə çərçivəsində tədbir
Region

 “Heydər Əliyev İli” ilə çərçivəsində tədbir

YAP Şamaxı rayon təşkilatının təşkilatçılığı ilə “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda keçirilən tədbirin iştirakçıları tərəfindən əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və digər çıxışçılar bildirdilər ki, Azərbaycanın müasir tarixinin bütöv bir mərhələsi, eləcə də müstəqil dövlətimizin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən fəallardan bir qrupuna Fəxri Fərmanlar, Təşəkkürnamələr və YAP sıralarına yeni qoşulmuş şəhid valideyinlərinə partiyanın üzvlük vəsiqələri və hədiyyələr təqdim olunub.

M.NƏRİMANOĞLU,

“Respublika”