HHM bölmələrində döyüş atışları icra olunub
Digər xəbərlər

HHM bölmələrində döyüş atışları icra olunub

Cari ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

"Respublika" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən  məlumat verilib. 

İcra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.