İgid əsgər, möhkəm dayan!..
Siyasət

İgid əsgər, möhkəm dayan!..

Azərbaycan əsgərinə, şəhidinə, qazisinə minnətdarlıq hər birimizin borcudur

"Oğul düşmən çəpəridir", - deyib atalar. Bu məsəli çox eşitmişəm böyüklərimizdən. Çoxları kimi bəlkə vaxtsa mən onun əsl mənasını o qədər dərindən dərk etməmişəm. Ancaq zaman-zaman, daha doğrusu, 30 illik müharibə, münaqişə, çəkişmə, çarpışma zamanı başa düşdüm atalarımızın demək istədiyini. Oğul bir ailənin deyil, bir elin, obanın, xalqın düşməninə sipərdir, çəpərdir. Axı, döyüşə oğullar gedir...

Analar oğul gətirdi dünyaya, qayğısına qaldı, nazını çəkdi, böyütdü, bu el, oba, Vətən üçün. Çox sınağa çəkdi zaman bizi, neçə oğul sinəsilə sipər oldu, qurban getdi Vətənə. Elə ona görədir ki, didilib, parçalanıb, bölünsə , sonunda özümüzün oldu bu torpaq. Çünki haqq yolunu seçdi bizim əsgər:

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç

Azadlığın şərbətin !..

İgid əsgər, möhkəm dayan!

"Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb torpaqlarımızdan qovub. Gözəl gənc nəsil yetişdirdik - vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizim torpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, o vaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyə hazır idilər, ölümə gedirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq...". Ali Baş Komandan bunu igid övladlarımızın qəhrəmanlığı, şücaəti sayəsində azad edilmiş Laçın rayonunun əbədi sakinləri ilə görüşündə söyləyirdi.

Bu sözlərdə qürur, güvən, minnətdarlıq, o qəhrəmanları yetişdirən analara, xalqa təşəkkür ifadə olunurdu. komandanlıq etdiyi Ordunun ona olan güvəni, etimadı doğrultduğunun sevincini yaşayırdı bir daha Ali Baş Komandan!.. Bu anda başqa bir hadisəni xatırladım. 2013- ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qubada inşa edilmiş Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev "1918-ci il qırğınlarının rəhbərləri icraçıları" adlı ekspozisiya qarşısında dayanarkən verilən məlumatları dinlədikcə nifrətini gizlətməyərək: "Biz bunları 70 il qəhrəman bilmişik", - demişdi.

Bu zaman onun gözlərində, səsində duyulan qəzəb heç kəsin gözündən yayınmamışdı. Çünki dövlət başçısı kimi hər halda bir qədər uzaqdan, rəsmi şəxs kimi qəbul etdiyimiz bu insanın hər bir azərbaycanlının düşmənə münasibətində keçirdiyi daxili hissləri bu qədər açıq aydın büruzə verməsi çoxları üçün gözlənilməz idi. Sonrakı vaxtlarda dövlət başçımızın Ermənistan prezidentləri ilə müxtəlif görüşlərində onun ciddi, təmkinli, bəzən azca istehzalı baxışlarını, qarşısındakını necə diqqətli bir sükutla dinlədiyini, sonra özünün aramla, tələsmədən, sakit tərzdə danışdığını görəndə hər dəfə onun erməni işğalçılarına qarşı Qubadakı sərt reaksiyasını xatırlayır diplomatik görüşlərdə dövlət başçısı kimi nümayiş etdirdiyi səbrinə heyran qalırdım.

Memorial Kompleksin açılış günündə, muzeyin çıxış hissəsində sonuncu ekspozisiyanı, Qafqaz İslam Ordusuna həsr edilmiş guşəni seyr etdikdən sonra 1918-ci il hadisələri ilə bugünkü işğal faktlarını müqayisə edərək vurğulamışdı: "1918-ci ildə Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, müasir Azərbaycan Ordusu da torpaqlarımızı işğaldan azad edəcəkdir! Mən bunu sizə söz verirəm!".

Böyük qələbədən düz 7 il əvvəl söylənmişdi bu fikirlər. Elə oldu! Azərbaycan əsgəri ümidləri doğrultdu. Cümhuriyyət ordusu qəhrəmanlarının, Yalama sərhəd batalyonunun, Gəncə Qarabağ üsyanlarının son damla qanına qədər vuruşmuş igidlərinin xələfləri, müasir Azərbaycan Ordusunun əsgərləri, zabitləri onlardan gözlədiyimiz qələbəni yaşatdı bizə.

Azərbaycan ordusu düşmənə gücünü hələ 1994- ilin yanvar ayında göstərmişdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlının işğaldan azad edilməsi zamanı. O zaman kənd azad edilsə , ətraf yüksəkliklərdə Ermənistan Ordusunun mövqe tutması ərazini faktiki olaraq təhlükə altında saxlayırdı.

2016- il aprelin 2- Azərbaycan Ordusunun əks-həmləsilə Lələtəpə yüksəkliyinin azad edilməsi Ermənistan ordusunun kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükə aradan qaldırıldı. Düşmən 200-dən çox canlı qüvvə, 15-ə yaxın tank, PDM zirehli döyüş maşını, çoxlu sayda hərbi texnika itirdi. Çox sayda silah hərbi texnika qənimət olaraq ələ keçirildi. Aprel ayının 3- 4- düşmənin itirilmiş mövqelərini geri almaq üçün əks-həmlələri nəticəsiz qaldı: "Aprel döyüşləri bizim hərbi qələbəmizdir", - deyən Azərbaycan Prezidenti əsgərlərimizin uğurlarını qəhrəmanlıq adlandırmışdı: "Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya, bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir... Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir".

2018-ci ildə Silahlı Qüvvələrimiz Günnüt əməliyyatı ilə Ermənistanı Qarabağla birləşdirən magistral yola da nəzarəti ələ keçirdi. Bunlar Ordumuzun böyük qələbəyə doğru gedən yolda ilk uğurlu addımları, düşmənə, onların havadarlarına ciddi xəbərdarlıq idi...

Azərbaycan Ordusu əsl gücünü Vətən müharibəsində nümayiş etdirdi. 44 gün ərzində addım-addım irəliləyib üzü Şuşaya doğru getdi. Vətən daşı, yastığı, yorğanı bəmbəyaz qar oldu, Azərbaycan əsgərinin. Heç nədən qorxmadı, Ali Baş Komandanın tapşırıqlarını canı, qanı bahasına yerinə yetirdi. Əsl dastanı Şuşada yazdı!..

Şuşanın azad edilməsi əməliyyatının hazırlanması, ilkin icrası gedişi prosesində komandanlığı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev şəxsən özü həyata keçirirdi. Hər saat, hər dəqiqə əməliyyat barədə məlumat alır, konkret əmrlərini verirdi. Əməliyyat hazırlanarkən Prezidentin verdiyi tapşırıqlardan biri o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan tarixi görkəmi qalmaq şərtilə azad olunmalıdır. Döyüşlərin ən qızğın çağında, ölüm-qalım məsələsinin həll olunduğu bir məqamda, mənəvi, mədəni dəyərləri düşünmək bu torpağa, bu elə, bu xalqa sevginin ifadəsi idi. İndi bu məqamda öz Orduya döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə etməməyi əmr edirdi. Doğrudur, artilleriyadan əsasən, Şuşa ətrafında olan Ermənistan mövqeləri atəş nöqtələri hədəf götürüldü darmadağın edildi, düşmən böyük itki verdi. Əsgərlərimiz hava zərbələri endirmədən doğma Şuşamızı azad etdi. Həmin döyüşlərin iştirakçılarının dediklərinə görə, hava buludlu keçdiyindən heç pilotsuz uçuş aparatlarının imkanlarından da yararlana bilmədiklərindən, hətta kəşfiyyatın aparılmasında müəyyən çətinlik yaranmışdı. Lakin bütün bunlar peşəkar, mübariz, əzmkar əsgərlərimiz üçün maneə olmadı. Üçrəngli bayrağımız Şuşaya sancıldı. Bu bayraq həm ox olub düşmənin ürəyinə batdı. Düşmən məcbur olub məğlubiyyət aktına imza atdı.

Qürurluyuq... Daha hər gün televiziya ekranından torpaqlarımızın 20 faizinin işğal altında qaldığını, beynəlxalq təşkilatların məlum qətnamələrinin icra olunmamasına dünya birliyinin hələ göz yumduğunu ifadə edən dəyişməz anonsları eşitmədiyimiz üçün. Kəndlərimizin viranə qalmış görüntülərinin yerinə gözəlləşən, dəyişən, qurulan, dirçələn torpaqlarımızı gördüyümüz üçün...

Qürurluyuq... Bizə bu sevinci yaşadan Ordumuzun hər gün artan gücünü görməkdən. Silahlı Qüvvələrimizin imkan qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli fasiləsiz maddi-texniki təminatının, keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması s. istiqamətdə görülən işlərdən. Bütün bu işlər Ali Baş Komandanın şəxsən özünün nəzarətindədir. Azərbaycan əsgəri isə Ali Baş Komandanın hər bir əmrinə hazırdır:

Şəhid qanı axan torpaq,

Yad ayaqda olmaz tapdaq

Düşmənlərin qan qusacaq,

İgid əsgər, möhkəm dayan!..

Zümrüd QURBANQIZI,

"Respublika".