İlqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platforma
İqtisadiyyat

İlqlim dəyişmələrinə qarşı mübarizədə mühüm platforma

COP29

İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və birgə fəaliyyət çox vacibdir. Bu məqsədlə, beynəlxalq platformalar dünya liderlərini, alimləri, iş adamlarını bir araya gətirir. Noyabr ayında ölkəmizdə keçiriləcək COP-29 iqlim dəyişmələrinə qarşı effektiv mübarizədə qarşıya qoyulmuş bir sıra hədəfləri müzakirə etmək və əhəmiyyətli qərarlar vermək üçün mühüm forum olacaq. COP-29 həmçinin ölkələrin iqlim dəyişmələri ilə mübarizədə hədəflərinə nail olmaq üçün plan və təkliflərin paylaşılacağı, tədbirlərin müzakirə olunacağı və yeni əməliyyat planlarının, layihələrin təqdim ediləcəyi bir platforma olacaq. Bundan əlavə, iqlim dəyişmələri ilə bağlı müzakirələr, müxtəlif ölkələrin və regionların təcrübələri də müqayisə ediləcək. Eyni zamanda COP-29 dünya liderlərinin iqlim dəyişmələrinin fəsadları ilə mübarizəyə dair qərarlarını təsdiqləmək və bu qərarları həyata keçirmək üçün əhəmiyyətli bir imkan təqdim edir. Bu, dünyanın iqlim dəyişmələrinə ədalətli və effektiv bir şəkildə cavab verməsinin əsas mərhələlərindən biri olaraq qəbul edilir.

Cənubi Qafqaz iqlim dəyişmələrinin müxtəlif təsirlərinə məruz qalan bölgələrdən biridir. Bu, daha çox ekstrem hava şəraiti yağıntıların düşməsi, su qıtlığı və digər problemlərlə xarakterizə olunur. Bu mənada COP29 region ölkələrinin iqtisadiyyatını, mədəniyyətini və cəmiyyətini iqlim dəyişmələri ilə mabarizəyə cəlb etmək üçün bir araya gətirə bilər. Qafqazın enerji tranzit yolları ilə fosil yanacaqların daşınmasında affektivliyin artırılması, alternativ enerjidən istifadə olunması və infrastrukturun modernləşdirilməsi üçün imkan yarada bilər. Regionun iqtisadiyyatına sürətli dəyişikliklər gətirə, COP-29 kimi beynəlxalq forumları iqtisadiyyat, ətraf mühitin mühafizəsi və enerji sahələrində birgə işləmək və məsələləri həll etmək üçün əhəmiyyətlidir.

COP-29 iqlim dəyişikmələrinə qarşı mübarizədə təşkilatların və ölkələrin alternativ enerji sahələrinə daha çox yatırım etmələrini və daha effektiv tədbirlər görmələrini təşviq edir. Bu, Azərbaycan kimi neft və qaz ehtiyatlarının zəngin olduğu ölkələrin enerji istiqamətində diversifikasiya etməsinə və alternativ enerji mənbələrinə yönəlməsinə səbəb ola bilər. COP-29 ölkələrin iqtisadiyyatlarını iqlim dəyişmələrinə uyğunlaşdırmaq və müasir tələblərə uyğun inkişafı məqsədilə yatırımların artırılmasını təşviq etmək üçün bir platform kimi fəaliyyət göstərir. Bu, ölkəmizin iqtisadiyyatının da sürətli və effektiv bir şəkildə inkişafına təsir göstərə bilər.

Amin ZƏRBALIYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi.