İnternat evində uşaqlar qayğı ilə əhatə olunub
Region

İnternat evində uşaqlar qayğı ilə əhatə olunub

1 İyun - Uşaqların  Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən tədbirdə  Respublika Uşaq Fondunun rayon şöbəsinin sədri, Tibb kollecinin direktoru Elmira Hacıyeva çıxış edərək uşaqları əlamətdar bayram münasibətilə təbrik etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində təməli qoyulan bütün sahələr üzrə inkişaf respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində uğurla davam etdirilir. O cümlədən uşaqların sağlam və qayğısız böyüməsi üçün hərtərəfli şərait yaradılıb.  Bu səbəbdən də bütün uşaqlar dövlət qayğısından geniş surətdə faydalanaraq vətənpərvər və milli ruhda böyüyür. Gimyaziyada yaradılan şəraiti yüksək qiymətləndirən E. Hacıyevə bunu uşaqlarla bağlı həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirdi.

Gimnaziyanın direktoru Taliyə Babayeva iqtisadi qüdrətini durmadan yüksəldən respublikamızda uşaqlara göstərilən qayğını və onların normal inkişafı üçün yaradılan şəraitindən danışdı.

M.QULUYEV,

“Respublika”.