İranın gülünc yalan iddiaları
Digər xəbərlər

İranın gülünc yalan iddiaları

İranın xain xisləti özünü bir çox sahələrdə bəlli edir. Düşmən Ermənistandan fərqlənməyən mollalar bu dəfə çox gülünc iddialarla gündəmə gəliblər. Belə ki, cənub "qardaş"ımız Nizami Gəncəvinin və Gəncə şəhərinin İrana məxsus olduğu ilə bağlı fikirlər irəli sürüblər.

Millət vəkili Azər Badamov məsələyə münasibətini bildirərək deyib ki, Nizami Gəncəvi bütün dünyada Azərbaycan xalqının dahi şairi kimi tanınır. Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq tədbirlər şairimizə olan dərin hörmətdən irəli gəlir. X Qlobal Bakı Forumunda cənab Prezidentimiz çıxışında da N.Gəncəvinin Azərbaycan xalqının tarixində müstəsna rolu olduğunu vurğulamışdır. Çox təəssüf ki, İran anti-Azərbaycan siyasəti yürütməyə davam edir. Onlar Nizami Gəncəvini də özününküləşdirməyə çalışırlar. Belə ki, ölkəmizdə forum keçirildiyi zaman İranda da Nizami Gəncəvinin anım həftələri baş tutdu. İran bununla Nizami Gəncəvini özlərinin şairi, Gəncəni də özlərinin şəhəri kimi qələmə verməyə çalışır. İran tərəfi N.Gəncəvinin fars dilində yazmasını bəhanə etməklə, öz iddialarını əsaslandırır. Bu, tamamilə məntiqsiz bir fikirdir. Çünki şair başqa dildə yazırsa, həmin dildə danışan xalqın şairi olmur. Məsələn, Çingiz Abdullayev dünyaşöhrətli Azərbaycan yazıçısıdır və rus dilində yazır. Bu, o demək deyil ki, Ç.Abdullayev rus yazıçısıdır. Nizami Gəncəvi də yaşadığı dövrdə müxtəlif dillərdə əsərlər qələmə almış və bunlardan biri də fars dili olmuşdur. İran sadəcə mümkün qədər çirkin əməllər törətməklə ölkəmizə qarşı düşmənçilik siyasəti yeritməyə çalışır. Diqqət yetirsək, İranın 40 faizə yaxın əhalisini məhz soydaşlarımız təşkil edir. Farslar Gəncə şəhərinin özlərinin olduğunu iddia edərkən, heç düşünmür ki, güneydəki azərbaycanlılar da Cənubi Azərbaycanın tarixən öz torpaqları olduğunu açıq şəkildə ifadə edə bilərlər. Doğrudur, biz qeyd edirik ki, Cənubi Azərbaycan bizim tarixi torpağımızdır, amma bununla bağlı heç bir iddia irəli sürmürük. Zaman hər şeyi öz yoluna qoyacaqdır. Bu gün İranın işğalçılıq siyasəti, əsassız iddiaları, düşmənçiliyi öz cavabını alacaq. Hazırda Azərbaycan öz iqtisadi, hərbi gücünə görə dünyanın aparıcı ölkələri ilə eyni sırada dayanır. İran tərəfindən dövlətimizə qarşı hər hansı bir gücün nümayiş etdirilməsi, onların Ermənistana dəstəyi ölkənin nüfuzuna yetəri qədər xələl gətirmişdir.

Nəzrin ELDARQIZI,

"Respublika".