Beynəlxalq Astronavtika Konqresi keçiriləcək
Digər xəbərlər

Beynəlxalq Astronavtika Konqresi keçiriləcək

Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda 2-6 oktyabr tarixlərində keçiriləcək qlobal kosmik tədbir – Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

25 iyun RİNN-nin verdiyi məlumatda bildirilir ki, Bakı Konqresinə hazırlıqlar sürətlə davam edir. Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger Konqresə ev sahibliyi edən Bakının tədbirə hazır olduğunu və qlobal miqyasda artan həyəcanı ifadə edərək “bu, heyrətamiz hadisə olacaq” deyə bildirib.

Azərkosmosun sədri Saməddin Əsədov qeyd edib ki, Azərbaycanda bu ilin ən böyük işgüzar tədbirlərindən biri olan Beynəlxalq Astronavtika Konqresinə cəmi 100 gün qalıb. Bu tədbir üçün 8000 m2 sahədə müvəqqəti Sərgi pavilyonu təşkil olunacaq. Sərgi pavilyonu Konqresə sponsor olacaq beynəlxalq kosmik şirkətləri və sərgi iştirakçılarını qəbul edə biləcək. Sevindirici haldır ki, kosmos sahəsindən olan iri şirkətlər Bakı Konqresinə böyük maraq göstərirlər”. Pavilyonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Kosmik sahədə qlobal tədbirə hazırlığın digər böyük uğuru Bakı Konqresinə təqdim edilən elmi məqalələrin sayındadır. Bakı Konqresinə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub.

“Respublika”.