İraqın Milli Dövlət Qüvvələri Alyansının prezidenti Ammar Əl-Hakimdən
Məktublar

İraqın Milli Dövlət Qüvvələri Alyansının prezidenti Ammar Əl-Hakimdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Allahın salamı, mərhəməti və bərəkəti üzərinizdə olsun!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Seçkilərdəki qələbəniz Azərbaycan vətəndaşlarının Zati-alinizə olan etimadını və onların əldə edilmiş nailiyyətləri qorumaq, inkişaf etdirmək istəklərini nümayiş etdirir.

Sizə uğurlar arzulayır, ölkələrimizin maraqlarını qorumaq və qardaş xalqlarımız üçün hərtərəfli inkişaf imkanlarını artırmaq naminə ikitərəfli əməkdaşlıq əlaqələrini möhkəmləndirmək əzmimizi ifadə edirik.

Ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Ammar Əl-HAKİM,

İraqın Milli Dövlət Qüvvələri Alyansının prezidenti.