Kaliforniyada güclü qasırğa baş verib
Dünya xəbərləri

Kaliforniyada güclü qasırğa baş verib

“Hilari” adlandırılan güclü fırtına ABŞ-nin Kaliforniya ştatında fəsadlar törədib.

"Respublika" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, güclü külək və daşqınlarla müşayiət olunan təbii fəlakət əsasən yolları yuyub, nəqliyyatın hərəkətində maneələr törədib. 

Bildirilir ki, tropik siklon Kaliforniyanı vurduqdan sonra bir qədər zəifləyib, lakin istənilən halda ştatı ölümcül daşqınlarla təhdid edir.

Nəzrin ELDARQIZI,

"Respublika".