Türkiyə Prezidentinin köməkçisi  Özbəkistana səfər edəcək
Dünya xəbərləri

Türkiyə Prezidentinin köməkçisi Özbəkistana səfər edəcək

Türkiyə Prezidentinin köməkçisi Cövdət Yılmaz sabah Özbəkistana rəsmi səfərə gedəcək.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Cövdət Yılmaz səfər çərçivəsində Özbəkistan Baş nazirinin müavini, İqtisadiyyat və Maliyyə naziri Gemşit Kuçkarov və Ali Məclisin Senatının sədri Tanzila Narbaeva ilə təkbətək görüşəcək. Eyni gündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul ediləcək Cövdət Yılmaz Türk iş birliyi ilə də bir araya gələcək.

Vitse-prezident səfərinin ikinci günü, mayın 2-də 3-cü Daşkənd Beynəlxalq İnvestisiya Forumunun açılışında iştirak edəcək.

Musa BAĞIRLI,

“Respublika”.