Kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb
İQTİSADİYYAT

Kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov iyunun 23- "FINCA International" təşkilatının rəhbəri Andree Simon ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanda maliyyə sektorunun inkişafı, rəqəmsallaşmanın artırılması, yerli kapital bazarının genişləndirilməsi kənd yerlərində sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması barədə fikir mübadiləsi aparılıb.