Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi sülhə və təhlükəsizliyə xidmət edir
Siyasət

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi sülhə və təhlükəsizliyə xidmət edir

Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edildi.

Postmüharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük Qayıdış Konsepsiyası qəbul edilərək bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Bu məqsədlə yeni yollar, kommunikasiya xətləri çəkilir, ağıllı kənd şəhərlər salınır, məktəblər, xəstəxanalar tikilir, elektrik stansiyaları qurulur. Bir sözlə, regionun tez bir zamanda dirçəlməsi inkişafı üçün lazımi işlər görülür.

Ən başlıcası isə görülən işlər, bərpa-quruculuq prosesi xarici qrant yardımlar hesabına deyil, yalnız daxili imkanlar hesabına həyata keçirilir. Bütün bu müsbət göstəricilər isə siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, mükəmməl idarəetmə mexanizminin yaradıldığını nümayiş etdirir.

Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata etinasız yanaşmaqla, icrası zəruri müddəaları kobud şəkildə pozmağa davam edir. Bunlardan ən başlıcası isə humanitar məqsədli Laçın dəhlizindən öz çirkin hərbi-siyasi məqsədləri üçün istifadə idi. Eyni zamanda, Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz silahlı birləşmələrin çıxarılması tələbini icra etmədilər. Əksinə, ərazilərin minalanmasını, separatçıların silah-sursatla təmin olunmasını həyata keçirdilər. Üstəlik, təbii sərvətlərimizin talan edilərək Laçın dəhlizi vasitəsilə Ermənistana daşınmasını davam etdirdilər.

Bütün bu qanunsuzluqlara haqsızlıqlara etiraz olaraq azərbaycanlı ekofəallar, ictimai qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən Laçın-Şuşa-Xankəndi yolunda etiraz aksiyalarına başlandı. Onların şaxta, qar, çovğun demədən 138 gün fasiləsiz şəkildə nümayiş etdirdikləri haqlı mübarizə vətən, xalq naminə əsl fədakarlıq nümunəsi oldu.

Lakin çox təəssüflər olsun ki, uzun müddət davam edən haqlı, sivil etirazlara bəyanatlara rəğmən qarşı tərəf rus sülhməramlı kontingentinin himayədarlığından yararlanaraq alternativ yollardan istifadə etməklə öz çirkin əməllərini davam etdirdilər. Beləliklə, bütün bu qanunsuz əməllər biganə münasibət Azərbaycan tərəfinin haqlı olaraq daha ciddi tədbirlər görməsini zəruri etdi. Belə ki, 23 aprel 2023- il tarixdə Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu, fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız dalğalandırıldı. Bununla da, xalqımız ölkə sərhədlərinin toxunulmazlığının onun üçün qədər böyük önəm daşıdığını bütün dünyaya bəyan etdi. Bütün görülən bu işlərin təməlində vətən sevgisi ilə yoğrulmuş böyük zəhmət, iradə, cəsarətli dərin düşünülmüş diplomatik addımlar dayanır. Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir.

Bu gün Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi onu himayə edən mənfur qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər. Bu cür yanaşmaqla əslində onlar Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri Ermənistan tərəfindən ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətə fərqli don geyindirməyə çalışırlar.

Ölkəmizi etnik təmizləmə ilə ittiham edənlər anlamalıdırlar ki, tarix boyu xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar, soyqırımları törətmiş, işğalçılıq, deportasiya siyasəti həyata keçirmiş məhz Ermənistan olmuşdur. Azərbaycan xalqı bu qanlı tarixləri heç vaxt unutmur unutmayacaqdır. Bu qanlı səhifələrdən biri Laçın rayonunun 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğalı idi. Həmin dövrdə ölkəmizdə baş verən ağır siyasi böhrandan, daxili siyasi gərginliyin pik həddə çatmasından yararlanan ermənilər ilk öncə 9 mayda Şuşanı, ardınca Qarabağın gələcək işğalına yol açan yeganə yolu - Laçını işğal etdilər.

Bu gün postmüharibə dövründə Laçın şəhərində bərpa-quruculuq işlərinin miqyası, yaşayış ictimai binaların tikintisi onu deməyə əsas verir ki, illər ərzində vətən həsrəti ilə yaşayan laçınlılar mərhələli şəkildə öz doğma el-obalarına, yurd-yuvalarına qayıdacaqlar.

Ölkəmizin sərhədlərinin mühafizəsi bu sərhədlərdən keçid ölkə qanunvericiliyinə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalara uyğun şəkildə həyata keçirilir. Bütün çirkin iftiralara rəğmən ölkəmiz öz suveren ərazisində sərhəd-buraxılış məntəqəsini qurduğu elə ilk gündən Qarabağ bölgəsində yaşayan etnik azlıq olan erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişini şəffaf şəkildə təmin edir.

Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyimizə yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma prinsiplərinə uyğun olaraq tam qanunidir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin tələbidir.

Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə sülhə inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, gələcəkdə yaranacaq hər hansı mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır. Azərbaycan hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.

Əgər, Ermənistan həm iqtisadi, həm siyasi cəhətdən güclənməsini inkişaf etməsini, sivil dünyanın bir parçası olmasını istəyirsə, qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından əl çəkməli, xarici siyasət kursunu düzgün planlaşdırmalı, konstruktiv danışıqlara yaşıl işıq yandırmalıdır. Bunun üçün Ermənistan ölkəmizlə sülh razılaşmasının əldə olunmasında qərarlı olduğunu açıq şəkildə nümayiş etdirməli, regionda qalıcı sülhün yaradılması üçün ilk növbədə, həlli zəruri məsələləri icra etməlidir.

Bunlardan ən başlıcası isə iki ölkə arasında sərhədlərin demarkasiya delimitasiya olunmasına razılıq verməlidir. Xüsusilə anklavlar, yəni hələ erməni işğalında olan Qazaxın 7 Naxçıvanın 1 kəndinin işğalına son qoyaraq Azərbaycana - öz həqiqi sahibinə geri qaytarmalıdır.

Qarabağda mövcud qanunsuz silahlı birləşmələrin, separatçı-terrorçu rejimin onun tərəfdarlarının ərazilərimizdən çıxarılması da gündəlikdə dayanan həlli vacib məsələlərdən biridir. Qarşı tərəf anlamalıdır ki, postmüharibə dövründə regionda yeni reallıqlar formalaşmış, Azərbaycan öz qətiyyətli mövqeyi ilə regionun əsas güc mərkəzinə çevrilmişdir. Bu gün Ermənistan hakimiyyəti, eyni zamanda, onları himayə edən xarici qüvvələr bu faktla barışaraq gerçəklikləri qəbul etməli Qarabağ iqtisadi rayonunda yaşayan etnik azlıq olan ermənilərin Azərbaycana reinteqrasiyası prosesinə yardım göstərməlidirlər.

Sərhəd-buraxılış məntəqəsinin yaradılması humanitar yardım adı altında Qarabağa gizli yollarla hərbi texnika silah-sursatın, xüsusilə minaların daşınmasının qarşısını alır. Məlumat üçün onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırıldıqdan bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində hərbi qulluqçu mülki şəxs olmaqla, ümumilikdə 299 nəfər vətəndaşımız mina terrorunun qurbanına çevrilmişdir. Onlardan 55-i həlak olmuş, 244-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu xüsusda Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, seperatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.

Laçında Həkəri çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Zəfərdən sonra əldə edilmiş əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bu gün artıq Ermənistanla sərhəddə, Həkəri körpüsündə qurulan sərhəd-keçid məntəqəsində pasport yoxlanışı həyata keçirilir. Eyni zamanda, Azərbaycan Dövlət Gömrük Komitəsi Həkəri çayı üzərindəki Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsində fəaliyyətə başlamışdır. Laçın sərhəd-buraxılış məntəqəsində yüklərin təmas olmadan, dəqiq sürətli şəkildə yoxlama-baxış proseduru ABŞ istehsalı olan müasir mobil rentgen aparatı vasitəsilə təmin olunur. Bu, bir daha göstərir ki, ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə Laçın-Xankəndi yolunda avtomobillərin insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.

Qürur duyulası hal isə ondan ibarətdir ki, bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Otuz il özlərini "qalib, döyüşkən xalq" adlandıran xəstə təxəyyüllülər indi gerçəkliklə, regionda yaranmış yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər.

Bu səbəbdən, qarşı tərəf onu himayə edənlər sülhə sabitliyə xidmət etməyən bu kimi təhrikçi təxribatçı fikirlərə son qoymalı, Azərbaycanla güc hədə-qorxu dili ilə danışmağın faydasız olduğunu anlamalıdırlar.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində vurğuladığı kimi: "Bu gün, sözün əsl mənasında, müstəqil xarici daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var eyni zamanda, güclü imkanlarımız var".

Coşqun MƏMMƏDOV,

AMEA Rəyasət Heyətinin elmi katibi.