Laçında qurulan nəzarət-buraxılış məntəqəsi regionda sülhə, sabitliyə xidmət edir
Siyasət

Laçında qurulan nəzarət-buraxılış məntəqəsi regionda sülhə, sabitliyə xidmət edir

Laçın-Xankəndi yolunda, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması İkinci Qarabağ müharibəsinin nəticələrindən heç az əhəmiyyət kəsb etmir. Belə kisərhəd nəzarət-keçid məntəqəsinin quraşdırılması Ermənistanın Laçın-Xankəndi yolu üzərində nəzarətinə sui-istifadəsinə son qoya biləcək tarixi hadisədir.

Bu, Laçın yolunda Qərblə Rusiya arasında gərginliyə, İran tərəfinin təzyiqlərinə baxmayaraq, Bakının Qarabağ regionunun gələcəyi ilə bağlı öz gündəliyini həll etmək iqtidarında olduğunu nümayiş etdirdi. Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması bir daha sübut etdi ki, hər hansı xarici qüvvələrin müxtəlif təzyiq metodu olsa da, dövlətimizin başçısı yeni yaranmış situasiyada belə qətiyyətli addımlar ataraq ölkənin milli maraqlarını ən yüksək səviyyədə qoruyur. Regionda beynəlxalq vəziyyət qeyri-sabitdir müxtəlif aktorların maraqlarını balanslaşdırmaq çətin məsələdir. Beləliklə, bu məntəqənin yaradılmasının Ermənistan-Azərbaycan arasında sülh prosesinə regional güc balansına bir sıra təsirləri olacaq. Yəni bu, Cənubi Qafqazda sülh əməkdaşlıq yolunda atılan zəruri addımdır. Əgər tərəflər regionda sülh olmasını istəyirsə, Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Dünyanın bütün ölkələri arasında gediş-gəlişin təmin olunması üçün nəzarət-buraxılış məntəqələri mövcuddur. Qafqazda sülh istəməyən qüvvələr bu boşluqdan istifadə edərək yeni müharibə şərtləri formalaşdırmağa cəhd göstərirdilər. Nəticə etibarilə atılan bu addım Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə xidmət etməklə yanaşı, regionda təhlükəsizliyə rəvac verəcək. Çünki nəzarət-buraxılış məntəqəsinin yaradılması Laçınla yanaşı, Zəngəzur dəhlizi böhranını da aradan qaldıracaq bu istiqamətdə açar rolunu oynayacaq. Ona görə ki, Ermənistanı Qarabağa birləşdirən marşrutun Zəngəzurdan Naxçıvana gedən yolun eyni rejimdə işləməsi şərtdir. Yəni Laçında qurulan nəzarət-buraxılış məntəqəsi kommunikasiyaların açılması məsələsini gündəmə gətirmiş oldu.

Millət vəkili Cavid Osmanov bildirib ki, Laçın-Xankəndi yolunda qurulmuş sərhəd nəzarət-buraxılış məntəqəsi Azərbaycanın növbəti uğurudur, qələbəsidir əlbəttə ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli siyasətinin məntiqi nəticəsidir. Sərhəd nəzarət-buraxılış məntəqəsi regionda sülhə, təhlükəsizliyə xidmət edəcək. Çünki bu yol vasitəsilə Ermənistan davamlı olaraq Qarabağda olan separatçılara silah-sursat minaların daşınmasını həyata keçirirdi. Hətta düşmən ölkə üçüncü dövlət vasitəsilə burada terrorçuların hazırlanması istiqamətində işlər görürdü. İndi isə bu yol konkret olaraq üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, yalnız humanitar məqsədlər üçün istifadə olunur.

Əlbəttə ki, ilk növbədə, nəzarət-buraxılış məntəqəsinin qurulmasını bölgədə sülhə, əmin-amanlığa xidmət edən ən vacib amillərdən biri kimi qiymətləndirmək lazımdır. Laçında nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın legitim hüququdur. Bu ərazilər bizim tarixi torpaqlarımızdır. Ona görə bu məntəqənin qurulması beynəlxalq hüquq normalarına tam uyğundur.

Nuranə DAXİLQIZI,

"Respublika".