Laçının əzəmətinə güc qatan nəzarət-buraxılış məntəqəsi
Digər xəbərlər

Laçının əzəmətinə güc qatan nəzarət-buraxılış məntəqəsi

Biz illər uzunu torpaqlarımızın bütövlüyü uğrunda mübarizə apardıq. Ötən 30 illik işğal dövründə bütün qüvvələrimizi səfərbər edib, Qarabağın azadlığı uğrunda çalışdıq. Şükürlər olsun ki, bu missiyamızı layiqincə yerinə yetirib, torpaqlarımızı işğaldan azad etdik. Ali Baş Komandan onun müsəlləh əsgəri sayəsində hər qarış Vətən torpağında ay-ulduzlu Azərbaycan Bayrağı dalğalanır. Sözsüz ki, bütün bunları ölkəmiz öz gücü qüdrəti hesabına əldə etdi. Xalq-İqtidar birliyi yenə öz sözünü dedi. Düzdür, əldə olunan Qələbə heç asan başa gəlmədi. Bu yolda şəhid olduq, qazi olduq, amma məqsəd məramımızdan bir addım belə geri çəkilmədik. Səbir, iradə nümayiş etdirdik. Müharibəni düşməndən fərqli olaraq döyüş meydanında apardıq. Qarşı tərəfin dinc sakinlərinəəhalisinə qarşı humanist, həssas yanaşdıq. Qarabağda Azərbaycan vətəndaşı olan erməni əsilli sakinlərə şans verdik. Ermənistana isə işğalçı dövlət olmasına baxmayaraq, ərazilərimizdən tör-töküntülərini tamamilə yığışdırmaq üçün vaxt verdik. Bəs, onlar etdilər?

Ermənistan İkinci Qarabağ müharibəsindəki Qələbəmizdən ötən üç ilə yaxın müddətdə öz köhnə  adətindən əl çəkmədi. Elə hesab etdi ki, Azərbaycan torpaqlarını işğal etmək 1990- illərin əvvəllərindəki kimi asan olacaq. Ancaq xeyrməsələ tamamilə başqadır. İndi Azərbaycan iqtisadi cəhətdən olduğu kimi, hərbi cəhətdən çox güclü, qüdrətli ölkədir. Regionda söz sahibi olaraq bütün qonşularının ərazi bütövlüyünə hörmətlə yanaşdığı kimi, qarşı tərəfi buna dəvət edir. Ancaq Ermənistan işğalçılıq əməllərindən, xain qonşu xislətindən əl çəkmədi. Azərbaycanın verdiyi müddət ərzində nəinki sərhədimizi tanıdı, əksinə göstərilən humanistlikdən sui-istifadə edərək, Qarabağ ərazisinə gizli yollarla silah göndərməyə, ermənilərdən ibarət terrorçu dəstələr yerləşdirməyə çalışdı. Özünü yazıq, əzilmiş biri kimi beynəlxalq aləmə sırımaq istədi. Lakin artıq zaman o zamandır, dünya o dünya. Azərbaycanın haqq işi dünya ölkələrinə məlumdur. Ölkəmiz regionda yeni reallıqlar yaradaraq vəziyyətə özü birbaşa nəzarət edir. Dövlətimiz Qarabağın strateji cəhətdən ən mühüm nöqtələrindən olan Laçın rayonunu işğaldan azad etməklə sərhədini bir az da möhkəmləndirdi.

Laçın rayonu Azərbaycanın ən böyük əraziyə malik rayonlarındandır. Hər tərəfdən uca dağlarla əhatələnmiş Laçın həm çətin relyefə coğrafiyaya mənsubdur. Uzun müddət müzakirə mövzusu olan Laçın strateji əhəmiyyətə malik olmaqla bərabər, eyni zamanda Ermənistanla sərhədin keçidi rolunu oynayır. Belə ki, rayonun içindən keçən Laçın dəhlizi bu mənada böyük əhəmiyyət kəsb edir. İstər müharibə dövründə, istərsə müharibədən sonrakı müddətdə ermənilər Laçın yolu ilə Qarabağa silah-sursat daşınmasını, mina basdırılmasını həyata keçirirdi. Baxmayaraq ki, Rusiya sülhməramlıları əraziyə nəzarət edirlər, lakin ermənilər yenə öz murdar əməllərini yerinə yetirirAzərbaycanın təbii sərvətlərini qanunsuz yolla talan edərək xarici ölkələrə daşıyırdılar. Ötən il dekabr ayının 12- azərbaycanlı gənc ekofəallar məsələ ilə əlaqədar öz etirazlarını dünyaya çatdırmaq beynəlxalq aləmin diqqətini əraziyə yönləndirmək məqsədilə Laçın-Xankəndi yolunda etiraz aksiyasına başladılar. Ermənistan buna da başqa don geyindirməyə çalışsa da, beynəlxalq aləm öz obyektiv münasibətini bildirdi.   

Nəhayət, səbir kasası dolan Azərbaycan aprel ayının 23- Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurdu. Yeni yaradılan məntəqədə artıq  Azərbaycan Bayrağı dalğalanır. Dövlətimizin  bu addımı Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması İrəvanın Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsi qurmasına adekvat cavabdır. Bəli, bu gün Həkəri çayının coşqusunda Azərbaycan bayrağı daha möhtəşəm görünür. Laçının ucalığında, möhtəşəmliyindəAzərbaycan sərhədində dalğalanan bayrağımız Qarabağın azadlığının Azərbaycanın bütövlüyünün nümayişidir. İndi Azərbaycan-Ermənistan sərhədinin Laçın-Xankəndi buraxılış məntəqəsində "Azərbaycana xoş gəlmisiniz" yazısı  qürurla, fərəhlə oxunur. Əlbəttə ki, bu sərhəddən keçən hər bir xarici vətəndaşın da borcudur ki, Azərbaycan qanunlarına uyğun hərəkət etsin. Əks təqdirdə, qanunvericiliyə uyğun cəzasını alacaq. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsini qurdu. Beləcə, Azərbaycan gömrükçüləri Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında fəaliyyətə başladılar.

Ramidə YAQUBQIZI,

"Respublika".