LİTVA
Digər xəbərlər

LİTVA

Baltik dənizinin sahilində yerləşən Litva öz heyrətamiz mənzərələri, qədim memarlıq abidələri və kəhrəbası ilə  tanınır. Şərqi Avropanın şimal-qərb hissəsində yerləşən Litvanın paytaxtı Vilnüs şəhəridir. Paytaxtın adı Vilnya (Litva dilində dalğalanma) çayından götürülüb. Şimaldan Latviya, cənub-şərqdən Belarus, cənub-qərbdən Rusiya, cənubdan isə Polşa ilə həmsərhəddir.

Litvanın keçmiş paytaxtı Kaunas da ölkənin ikinci böyük şəhəridir. Bu şəhərdə universitetlər çox olduğundan Kaunası gənclər paytaxtı da adlandırırlar. Ölkə 10 qraflığa bölünür, hər birinin bir neçə özünüidarə ərazisi var. Litvada rəsmi dil  Litva dili olsa da, ölkənin bir çox sakini rus polyak dillərində danışır. Qədim tarixi olan Litva dili mədəniyyətin mühüm tərkib hissəsi hesab edilir. Son illərdə ingilis dilindən beynəlxalq ünsiyyət vasitəsi kimi geniş istifadə olunan ölkədə ruslar, polyaklar, ukraynalılar belaruslar yaşayır.

Litvanın ən yüksək nöqtəsi Cuozapin təpəsi dəniz səviyyəsindən 292 metr yüksəklikdədir. Çoxsaylı göllərlə əhatə olunmuş ölkənin ərazisinin üçdəbir hissəsini qarışıq meşələr təşkil edir. Litvanın iqlimi Baltik dənizi Atlantik okeanından gələn rütubətli hava kütlələrinin təsiri altında formalaşır. Mülayim havanın hökm sürdüyü Litvada yayda orta temperatur +17 ilə +23 dərəcə arasında dəyişir. Litvada qış fəsli rütubətli olur, termometr nadir hallarda -5-10 dərəcədən aşağı düşür, baxmayaraq ki, ölkənin mərkəzi hissəsində bəzən 20 dərəcə şaxtalar olur. Burada, həmçinin ilin istənilən vaxtında uzun sürən duman olur, çiskin yağışlar yağır.

Litvada kəhrəba ticarəti geniş yayılıb. Burada hətta kəhrəbaların sərgiləndiyi muzey fəaliyyət göstərir. Yerli sakinlərə görə, şəhərdə kəhrəbanın çox olmasının mifoloji səbəbi var. Əfsanəyə görə, Baltik dənizinin dibində kəhrəbadan sarayı olan bir ilahə yaşayıb. İlahə tanrıların qəzəbinə tuş gəldiyindən onun sarayını darmadağın ediblər. Bu gün litvalılar tapılan kəhrəbaları həmin sarayın qalıqları hesab edirlər.

Litvalılar qənaətcillik rasionallıqları ilə xarakterizə olunurlar. Onlar mübahisə etməyi fikirlərini sübuta yetirməyi çox sevirlərSon dərəcə dəqiq olan litvalılar hər zaman qanuna tabe olduqları üçün bu ölkədə ciddi qadağalar problem yaratmır. Litvalıların başqa bir diqqətəlayiq xüsusiyyətləri vətənpərvərlikdir, onlar  ölkəyə gələn insanlara sevə-sevə dil öyrətməyi özlərinə borc bilirlər. Başqalarının onlar haqqında düşündüyünə çox əhəmiyyət verir buna görə həmişə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar.

Ölkə festivallar, bayramlar əyləncə tədbirləri ilə məşhurdur. Vilnüsdə hər beş ildən bir keçirilən Milli Mahnı Festivalı böyük maraq kəsb edir. Mahnı hər bir litvalının həyatının ayrılmaz hissəsidir bu səbəbdən qədim zamanlarda Litva "mahnılar ölkəsi" adlanırdı. Xor ifaçılığı müxtəlif folklor ansamblları burada çox populyardır. Vilnüsdə mayın son həftəsində hər il folklor festivalı keçirilir. Şəhər sakinləri köhnə adət-ənənələrin bu gün yaşadığını göstərməyə çalışırlar. Litvalılar inanılmaz dərəcədə nəzakətli mədənidirlər. Yüksək tolerantlıq nümayiş etdirir, həmsöhbətlərini sonadək dinləyir  onlardan da eyni münasibət gözləyirlər. Litvalılar çox sakitdirlər, öz ölkələrinin unikal təbiətinin qorunub saxlanmasına böyük hörmətlə yanaşırlar. Digər milli xüsusiyyət qarşılıqlı yardımdır, litvalılar həmişə bir-birinin köməyinə gəlirlər.

Çox zərif unikal mətbəx mədəniyyətinə sahib olan litvalılar əsrlər boyu dünyaca məşhur müxtəlif reseptləri bu günə kimi gətirib çıxarıblar.

Azərbaycan beynəlxalq nüfuzunun yüksəldilməsi yönündə ayrı-ayrı ölkələrlə  dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqdadır. Bu ölkələrdən biri Litvadır. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə konsulluğu fəaliyyət göstərən Litva ilə münasibətlərimiz bu gün yüksək səviyyədə davam etməkdədir. 1991-ci ilin 20 dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Litva ilə diplomatik münasibətlərimiz 1995-ci il noyabrın 27- qurulub.

Siyasi, iqtisadi, mədəni, eləcə humanitar əlaqələri uğurla davam etdirən iki ölkə arasında əməkdaşlığın nəticələri məmnunluq doğurur. Azərbaycan Prezidenti İlham Əliyevin Litva Prezidentinin qarşılıqlı səfərləri ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmağa xidmət edir. 2013- il 29 noyabrda baş tutan Şərq Tərəfdaşlığı Sammiti bu baxımdan böyük əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ilin sentyabrında Litvaya rəsmi səfəri zamanı hər iki ölkənin prezidentləri tərəfindən birgə bəyannamə imzalanmışdır. Həmin bəyannamədə strateji tərəfdaşlığı möhkəmləndirmək, siyasi iqtisadi məsləhətləşmələri davam etdirmək məqsədilə regional qlobal təhlükəsizliyi gücləndirməyə yönəlmiş dialoqu canlandırmaq, ikitərəfli əlaqələrin təşviqinin təmin edilməsi üçün mövcud hüquqi çərçivəni genişləndirmək zərurəti vurğulanmışdı. Hökumətlər arasında mədəniyyət, informasiya kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığa dair sazişlər, vergi məsələləri üzrə informasiya mübadiləsi haqqında digər sahələrdə 10-dək sənəd bu səfər çərçivəsində imzalanmışdı. Elə həmin il oktyabrın 10-11- Azərbaycan Respublikasının Prezidenti Vilnüs Enerji Təhlükəsizliyi Konfransında iştirak etmək üçün Litvaya işgüzar səfər etmişdir. Strateji tərəfdaş olan Azərbaycan Litva arasında indiyədək 41 sənəd imzalanmışdır. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13- Vilnüsdə imzalanmış "Azərbaycan Respublikası Prezidentinin Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə" xüsusi yer tutmuşdur.

2008-ci il aprelin 21- Bakıda imzalanmış "Azərbaycan Respublikası Hökuməti Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye enerji sahələrində əməkdaşlıq haqqında Saziş"ə əsasən ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis olunmuşdur.

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının təşviqinə töhfə verən Litvanın  Tvinninq proqramı üzrə ən yaxın tərəfdaşlarından biri məhz Azərbaycandır. Belə ki, 2007-2022-ci illərdə Azərbaycanda keçirilən 26 layihə seçimində iştirak edən Litva 17-sində qalib gəlib. Ümumi dəyəri 20 milyon avro olan bu layihələrdən 12-si artıq reallaşdırılıb, 5-i isə icra mərhələsindədir.

Azərbaycan Litva arasında, beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Azərbaycan nəqliyyat infrastrukturuna böyük maliyyə resursları ayırırHər iki dövlət bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Baltikyanı ölkələrə qədər uzanan Şimal-Cənub Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycandan keçir.

İqtisadi münasibətlərə gəlincə, 2022-ci ildə Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi təxminən 33 milyon ABŞ dolları olub. Bu gün nəqliyyat, tikinti, ticarət, xidmət sahələrində 20 kommersiya qurumu fəaliyyət göstərir Azərbaycan tərəfindən Litvaya 36 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.

Litva Respublikasının Prezidenti Gitanas Nauseda 2022-ci il mayın 17-19-da ölkəmizə rəsmi səfər etmişdirİki ölkə arasında əlaqələri canlandırmaq xarakteri daşıyan səfər zamanı iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsi ön plana çəkilmişdi.

Həmin il mayın 18- Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunun açılışı da iqtisadi sektorda əməkdaşlığın gücləndirilməsi baxımından önəmli xarakter daşıyırdı. Tərəflər arasında kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyat s. sahələrə aid sənədlərin imzalanması faydalı işbirliyinə yeni imkanlar yaratmışdıAzərbaycanın son illərdə əldə etdiyi böyük uğurlar Litva Respublikasının ölkəmizə marağını daha da artırmışdır. Litva Prezidenti Azərbaycanın imkanlarını dəyərləndirərkən, Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən ölkəmizin qlobal ticarətdə mühüm rol oynadığını xüsusi vurğulamışdır. Həmin forumda çıxış edən ölkə başçımız cənab İlham Əliyev Azərbaycan ilə Litva arasında iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmişdir. İKT, qida sənayesi, kənd təsərrüfatı, tikinti, təhsil, tibb digər sahələri təmsil edən adamlarının iştirakı ilə keçirilən biznes-forumda iki ölkənin iqtisadi əməkdaşlığı barədə geniş məlumat verilmişdir. Burada, həmçinin ölkələrimiz arasında tərəfdaşlığın qarşılıqlı hörmət dostluq üzərində qurulduğu bunun da əlaqələrimizin daha da möhkəmlənməsinə stimul verəcəyi xüsusilə qeyd olunmuşdur.  "Şərq Tərəfdaşlığı" təşəbbüsü, Azərbaycan Litva Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrimizin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır. Beləliklə, sürətlə inkişaf edən ölkəmizin Cənubi Qafqazın lider dövləti olması iki ölkə arasında keçirilən biznes forumda bir daha öz təsdiqini tapmışdır.

2023- il yanvarın 18- isə Davosda Litva Prezidenti Gitanas Nauseda  dövlət başçımız İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etmiş Azərbaycan Prezidenti bu dəvəti məmnunluqla qəbul etmişdir

Sevindirici haldır ki, dövlət başçılarının yüksək səviyyədə münasibətləri ölkələrimiz arasında əlaqələrə daha böyük təkan verirSözsüz ki, qarşılıqlı maraq doğuran əməkdaşlıq üçün ciddi potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli edəcəkdir

Arzu ASİFQIZI,

"Respublika".