Lokal antiterror tədbirlərində Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub, 11-nin şəxsiyyəti müəyyən olunmayıb
Siyasət

Lokal antiterror tədbirlərində Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub, 11-nin şəxsiyyəti müəyyən olunmayıb

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.

Səhiyyə Nazirliyindən "Respublika"-ya verilən məlumata görə, lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.