Qarabağ minalardan təmizlənir
Siyasət

Qarabağ minalardan təmizlənir

İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində, iyul ayı boyunca 610 hektaradək ərazi minalardan tam təmizlənib.

"Respublika"  Müdafiə Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

Ümumilikdə 10207 ədəd piyada əleyhinə, 2580 ədəd tank əleyhinə mina və 10447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.