Müstəqil Auditorun Hesabatı ilə birlikdə 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə
SMART SA AUDİT MÜSTƏQİL AUDİTORUN HESABATI
"MA Servis" QSC-nin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə
Biz, "MA Servis" QSC-nin 31 dekabr 2022-ci il tarixində əlavə edilən maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər haqqında hesabatdan, habelə əsas uçot siyasəti də daxil olmaqla maliyyə hesabatlarına dair qeydlərdən ibarət maliyyə hesabatlarının auditini apardıq.
Auditin predmeti
Şirkətin maliyyə hesabatlarına aşağıdakılar daxildir:
l 31 dekabr 2022-ci il tarixinə maliyyə və
ziyyəti haqqında hesabat;
l həmin tarixlərdə tamamlanan il üzrə mənfəət və ya zərər haqqında hesabat;
l həmin tarixdə tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
l həmin tarixdə tamamlanan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
l əsas uçot siyasətlərinin qısa xülasəsi, digər izahedici məlumatlar daxil olmaqla maliyyə hesabatları ilə bağlı qeydlər.
Maliyyə Hesabatlarının Hazırlanması üzrə Rəhbərliyin Məsuliyyəti
Rəhbərlik hazırkı maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə, həmçinin fırıldaqçılıq və ya səhv üzündən əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin fikrincə zəruri olan daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.
Auditorun Məsuliyyəti
Bizim məsuliyyətimiz apardığımız audit əsasında həmin maliyyə hesabatları üzrə rəy bildirməkdir. Biz auditi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparmışıq. Həmin Standartlar bizdən etik normalara riayət etməyi, auditin planlaşdırılması və aparılmasını maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə kifayət qədər əmin olacaq tərzdə həyata keçirməyi tələb edir.
Auditə maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair audit sübutunun əldə edilməsi üçün prosedurların həyata keçirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizəsindən, eləcə də fırıldaqçılıq və ya səhv nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, auditə mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot ehtimallarının əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə-vergi hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.
Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.
Rəy üçün əsas
Biz auditi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparmışıq və hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.
Rəy
Bizim fikrimizcə, əlavə edilən maliyyə hesabatları Şirkətin 31 dekabr 2022-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini bütün əhəmiyyətli aspektlər baxımından Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq düzgün əks etdirir.
24 fevral 2023-cü il
Bakı, Azərbaycan
Auditorlar Palatası tərəfindən hazırkı rəy üçün verilən qeydiyyat nömrəsi: 7CZ3FEİ0YW