Macarıstanın Azərbaycandakı səfiri ilə görüş
İqtisadiyyat

Macarıstanın Azərbaycandakı səfiri ilə görüş

Azərbaycanla Macarıstan dost ölkələrdir və sıx iqtisadi əlaqələrə malikdirlər. Tərəflər bütün sahələrdə olduğu kimi, aqrar sahədə də əməkdaşlıq edirlər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüşüb. Görüşdə Azərbaycan ilə Macarıstan arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub. Qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Nəriman Cavadov,

“Respublika”.