Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi başlayıb
Siyasət

Mərhum deputat Qənirə Paşayeva ilə vida mərasimi başlayıb

Sentyabrın 29-da Heydər Məscidində Milli Məclisin mərhum deputatı Qənirə Paşayeva ilə vida mərasimi başlayıb.

"Respublika" xəbər verir ki, mərasimdə mərhumun yaxınları, Milli Məclisin deputatları, ictimai xadimlər və siyasətçilər iştirak edirlər.

Qeyd edək ki, Milli Məclisin deputatı Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq deputatın həyatını xilas etmək mümkün olmayıb.

Deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.