Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib
Siyasət

Milli Məclisdə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib

Martın 17- Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.

Parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini məqsədlərini təmin etməyə imkan yaradıb.

S.Qafarova Azərbaycanın nail olduğu inkişaf səviyyəsinin Prezident İlham Əliyev tərəfindən daha gözəl ifadə olunduğunu bildirib: "Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, heç kimdən iqtisadi siyasi cəhətdən asılı deyil".

Qeyd edilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər, həmişə olduğu kimi, yenə Hökumət tərəfindən diqqətlə araşdırılıb. Bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat parlamentə təqdim olunub.

Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatla çıxış edib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, milli iqtisadiyyatımızın inkişafı davam etdirilib, müdafiə qabiliyyəti gücləndirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Hesabat ilində hökumət tərəfindən iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması bərpası, müdafiə ordu quruculuğu, təhsil səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görülüb.

Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib, 820 sərəncam imzalanıb. "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq Hökumət tərəfindən hazırlanan "2022-2026- illərdə sosial-iqtisadi inkişaf Strategiyası" Prezidentin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Hökumətin vəzifəsi strategiyanın yeni inkişaf mərhələsindəki hədəflərinə çatmaq, ölkəmizin qüdrətli dövlətə çevrilməsini təmin etməkdir. Diqqətə çatdırılıb ki, BMT-nin 2022-ci ildə təqdim etdiyi "Dayanıqlı İnkişaf üzrə Hesabat"ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. 2022-ci ildə qlobal geosiyasi gərginlik Rusiya-Ukrayna münaqişəsi şəraitində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər resessiya risklərinə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib.

Məlumat verilib ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ya 2021-ci illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Qeyri-neft sektoru üzrə ÜDM-in artımı 9,1 faiz, qeyri-neft sənayesində 7,1 faiz, kənd təsərrüfatı istehsalında 3,4 faiz artım olub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 4,1 faiz artaraq 13,3 min manat təşkil edib. Ötən il xarici ticarət dövriyyəsi təxminən 56,2 milyard ABŞ dollarına çatıb. 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 57,7 faiz artıb. Strateji valyuta ehtiyatları 5,3 milyard ABŞ dolları artaraq 58,5 milyard ABŞ dolları təşkil edib xarici birbaşa dövlət borcunu 8 dəfədən çox üstələyir. Hazırda ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır, artım isə 2 ayda 4 milyard ABŞ dolları təşkil edib. 2022-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 9,5 faiz azalaraq 6,7 milyard ABŞ dolları olub ÜDM-in 8,5 faizini təşkil edir. Hesabat ili ərzində vergi gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub bu da 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial investisiya yönümlü xərclərin artımına imkan verib. Bütövlükdə, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb. Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında Nazirlər Kabinetinin 2022-ci il 21 fevral tarixli Sərəncamına əsasən, müvafiq Tədbirlər Planı təsdiq edilib hesabat ili ərzində aidiyyəti dövlət qurumları tərəfindən görülən tədbirlər inflyasiya proseslərinə azaldıcı təsir göstərib.

Əli Əsədov deyib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində vacib işlər görülüb. Əsas ərzaq məhsulları üzrə ehtiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü emalı ilə məşğul olan sahibkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait sərf edilib. Ölkə Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərmanına uyğun olaraq, 2023- ildə müvafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat vəsait nəzərdə tutulub. Prezidentin müvafiq sərəncamları ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən 208 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli ilə bağlı lazımi addımlar atılıb, su ehtiyatlarından səmərəli qənaətlə istifadə olunur. Əsas su anbarlarında suyun həcmi 2023- il yanvarın 1- 12,5 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 600 milyon kubmetr, 2020-2021-ci illərlə müqayisədə 2 milyard kubmetrdən çoxdur.

Baş nazir diqqətə çatdırıb ki, 2022-ci ildə minimum əməkhaqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Minimum pensiya məbləği 20 faiz, sosial müavinətlər Prezident təqaüdləri 26 faiz artırılıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib. Ümumilikdə ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. 2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Hesabatda bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə, şəhid ailələrinə, həmçinin sosial cəhətdən həssas təbəqədən olan digər ailələrə postmüharibə dövründə 4500-dən artıq, o cümlədən 2022-ci ildə 1500 mənzil təqdim edilib. Keçmiş qaçqın məcburi köçkünlərin sosial müdafiəsinin təminatı üçün 2022-ci ilin dövlət büdcəsindən 365 mln. manat vəsait yönəldilib. Silahlı Qüvvələrin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, ordu quruculuğu, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi hərbçilərin sosial-məişət xidmət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş xüsusi tədbirlər görülüb.

Əli Əsədov son dövrlərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində nəqliyyat dəhlizlərinin inkişafında rolunun daha da artdığını, ölkəmizin regionda elektrik enerjisi ixrac edən aparıcı dövlətə çevrildiyini söyləyib. Baş nazir Cənub Qaz Dəhlizi vasitəsilə hesabat ili ərzində ümumilikdə 21 milyard, o cümlədən Avropaya 11,4 milyard kubmetr qaz ixrac edildiyini deyib. O qeyd edib ki, ötən il Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, 2027-ci ilədək TANAP-la qaz nəqlinin indiki 16 milyard kubmetrdən 31 milyard kubmetrə, TAP-la isə 11 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Eyni zamanda, bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi istiqamətində mühüm işlər görülür.

Diqqətə çatdırılıb ki, dünyada regionda cərəyan edən geosiyasi hadisələr fonunda Azərbaycanın nəqliyyat-tranzit infrastrukturuna da tələbat artıb. Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz regionun mühüm nəqliyyat logistika habı kimi tanınır. Ötən il Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalar 75 faizdən çox artıb. Ölkədə yol infrastrukturunun tikintisi, yenidən qurulması bərpası davam etdirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar açılıb. Bu kontekstdə yeni beynəlxalq regional nəqliyyat-logistika dəhlizlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir.

Baş nazir Prezidentin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edildiyini, Proqramda nəzərdə tutulan tədbirlərin icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin sərəncamının imzalandığını söyləyib. O, Vətən müharibəsindən ötən müddət ərzində azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən danışıb.

Baş nazir qeyd edib ki, yaddaqalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Cari ilin sonuna qədər isə laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, 2022-ci il oktyabrın 20- Azərbaycan Türkiyə Prezidentlərinin iştirakı ilə müasir səviyyədə inşa olunmuş Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub. Bununla yanaşı, Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Habelə hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə ümumi uzunluğu 2241 km təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi tikintisi işləri, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar işlərin yerinə yetirilməsi davam etdirilib. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında "Ağdam" "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında ümumilikdə 18 sənaye müəssisəsi qeydiyyata alınıb. Kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatı qeydiyyatdan keçib. Bildirilib ki, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib.

Ötən il Azərbaycanın incisi olan qədim Şuşa şəhərinin 270 illiyinin qeyd edildiyini deyən Baş nazir dövlətimizin başçısının 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə bir çox mədəniyyət digər tədbirlərin keçirildiyini, eyni zamanda, Şuşa şəhərinin 2023- il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edildiyini söyləyib.

Çıxışının sonunda Əli Əsədov 2023- il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi dövlət xadimi dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu, Ulu Öndərin yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidentinin 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzaladığını vurğulayıb.

***

Sonra Milli Məclisin profil komitələrinin sədrləri çıxış ediblər.

İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesabat ilində ölkəmizdə qeydə alınmış artımları, maliyyə sabitliyinin büdcə dayanıqlılığının qorunub saxlanılmasını yüksək nəticələr kimi qeyd edib.

Komitə sədri Nazirlər Kabinetinin 2022-ci il üçün fəaliyyəti haqqında hesabatını müsbət qiymətləndirib.

Parlamentin Təbii ehtiyatlar, energetika ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Əmək sosial siyasət komitəsinin sədri Musa Quliyev hesabat barədə fikirlərini, bir sıra qeyd təkliflərini açıqlayıblar.

Hesabatla bağlı müzakirələrdə Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, deputatlar Mahir Abbaszadə, Elnur Allahverdiyev, Soltan Məmmədov, Ceyhun Məmmədov, Əli Məsimli Jalə Əliyeva çıxış ediblər.

Fasilədən sonra Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyəti haqqında hesabata dair müzakirələr davam etdirilib.

Milli Məclisin komitə sədrləri Qənirə Paşayeva, Siyavuş Novruzov, Səməd Seyidov, Hicran Hüseynova, Zahid Oruc, deputatlar Naqif Həmzəyev, Vahid Əhmədov, Azər Badamov, Elman Nəsirov, Kamilə Əliyeva, Musa Qasımlı, Qüdrət Həsənquliyev, Kamal Cəfərov, Tahir Kərimli, Vüqar Bayramov, Vüqar İskəndərov, Bəhruz Məhərrəmov, Aqiyə Naxçıvanlı, Aqil Abbas, Etibar Əliyev, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı çıxış edərək sənəd barədə fikirlərini bəzi qeydlərini səsləndiriblər.

Deputatlar dünyada baş verən mürəkkəb siyasi-iqtisadi hadisələr fonunda hökumətin ötən il məhsuldar çalışdığını, qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəldiyini bildiriblər. Ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə, xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş proqramların həyata keçirilməsini təqdirəlayiq hesab ediblər.

Ümumilikdə hökumətin 2022-ci ildəki fəaliyyəti qənaətbəxş hesab olunub.

Baş nazir Əli Əsədov deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirdikdən qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat səsə qoyularaq nəzərə alınıb.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, qarşıdan gələn Novruz bayramı münasibətilə Prezident İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlanmasını təklif edib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Mustafa KAMAL,

Respublika”.