Milli  Qurtuluş  günü  ilə  əlaqədar  tədbir  keçirildi
Region

Milli  Qurtuluş  günü  ilə  əlaqədar  tədbir  keçirildi

İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü  münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda  konfrans  keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkilləri Hikmət Babaoğlu, Elşad Mirbəşiroğlu,  rayonun  hüquq-mühafizə, idarə-təşkilat rəhbərləri  və  ictimaiyyətin nümayəndələri iştirak ediblər.

İlk öncə tədbir  iştirakçıları Heydər  Əliyev  Mərkəzinin  qarşısında  ucaldılmış  Ulu Öndər Heydər Əliyevin əzəmətli  abidəsi  ziyarət ediblər, önünə gül dəstələri qoyublar. Sonra İmişli rayonunun Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan fotosərgiyə baxış keçirilib. Rayon rəhbəri 1993-cü il iyunun  15-dən ötən  dövürdə Azərbaycanın  keçdiyi  inkişaf  yolundan, əldə  olan  uğurlardan  danışıb. E.  Rzayev  yaranmış  ağır  vəziyyətdə  xalqın  tələbi  və təkidi  ilə  Ulu  öndərin  ikinci  dəfə  hakimiyyətə  gəlməsinin  Azərbaycanın  həm  siyasi, iqtisadi  və  sosial-mədəni  qurtuluşunun  əsasının  qoyulduğunu  bildirib.  Millət vəkilləri Hikmət  Babaoğlu və Elşad Mirbəşiroğlu çıxış edərək bildiriblər ki, Azərbaycan xalqını  və dövlətini  o dövrdə tüğyan edən bütün bəladan  dahi  şəxsiyyət  Heydər  Əliyev  xilas  etdi, dövlət  müstəqilliyimizin  qorunub  saxlanması da  məhz  Heydər  Əliyevin  misilsiz xidmətləri, uzaqgörən  siyasəti  nəticəsində əldə  olundu. 

Ərəstun  ABDULOV,

“Respublika”.