MİNGƏÇEVİRDƏ MÖHTƏŞƏM İDMAN TƏDBİRİ
Region

MİNGƏÇEVİRDƏ MÖHTƏŞƏM İDMAN TƏDBİRİ

Respublikanın hər yerində olduğu kimi Mingəçevirdə də ümummilli lider  Heydər Əliyevin  anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də Mingəçevirdəki “Kür” Olimpiya Tədris İdman Mərkəzinin gözəl tərtibatlarla hazırlanmış idman zalında keçirilib. Mingəçevir Şəhər Bələdiyyəsinin dəstəyi ilə baş tutan tədbirə respublikamızın  ona yaxın şəhər və rayonlarından gəlmiş Yunan-Roma güləşi üzrə 160-a yaxın idmançısı, məşqçilər cəlb olunmuşlar.

Tədbirə gələn qonaqlar üçün lazımi şərait yaradılmış, hazırlıq işləri görülmüşdür. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Bələdiyyəsi İşiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev və Bələdiyyə üzvləri, YAP Mingəçevir şəhər təşikilatının sədri Bəxtiyar Mustafayev şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli və digər nümayəndələr iştirak ediblər. Tədbir, ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  çıxış edərək, tədbir iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirin təkilatçılarına minnətdarlığını ifadə edib. Ümummilli liderimizin həyat və fəaliyyətindən geniş söhbət açaraq, idmana və idmançılara göstərdiyi diqqət və qayğıdan əhatəli danışıb. Fərdi çəki dərəcəsi üzrə yarışlarda qalib gələn idmançılar fəxri diplom və döş nişanı ilə təltif olunublar. Qalib  komandalara Azərbaycan Bələdiyyəsi İşiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanları və pul mükafatı verilib.

Zabit XƏLİLOV,

“Respublika”.