Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda Sadiqdən
Məktublar

Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda Sadiqdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizə ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Cənubi Sinay Qubernatorluğunun vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Bu qələbə hörmətli xalqınızın Zati-alinizə dərin etimadının təsdiqidir. Əminik ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan xalqı və dövləti daha böyük uğurlar əldə edəcəkdir.

Zati-aliləri, bir daha Sizi təbrik etməkdən, ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətləri möhkəmləndirmək və dərinləşdirmək istəyimizi qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uğurlar, dost ölkənizin xalqına tərəqqi və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Xalid Fuda SADİQ,

Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru.