MSK sədri: Seçki prosesində qanunvericiliyin tələblərinin pozulmaması əsas şərtlərdən biridir
Siyasət

MSK sədri: Seçki prosesində qanunvericiliyin tələblərinin pozulmaması əsas şərtlərdən biridir

Hazırda müşahidəçilərin sayı 20 minə çatıb. Düşünürəm ki, prezident seçkilərinə qədər bu rəqəm 50 minə çatacaq.

"Respublika" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda yanvarın 12-də keçirilən dəyirmi masada deyib.

MSK sədri seçki kimi mürəkkəb prosesdə qanunvericiliyin tələblərinin pozulmamasını əsas şərtlərdən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, MSK-nın fəaliyyət istiqamətlərindən biri də müxtəlif qurumlarla maarifləndirmə tədbirlərinin keçirilməsidir.

MSK sədri qeyd edib ki, qeydə alınmış 7 namizədin 5-i siyasi partiya təmsilçiləridir.

O, Ombudsman Aparatının seçki prosesində iştirakının əhəmiyyətini də qeyd edib. “Seçkilərdə vətəndaşın haqqı pozularsa, ombudsman müdaxilə edə bilər. Çatışmazlıqların aradan qaldırılmasına müvəkkildən dəstək gözləyirik", - deyə Məzahir Pənahov bildirib.