Mükəmməl quruculuq konsepsiyası
Siyasət

Mükəmməl quruculuq konsepsiyası

Zəngilan Cəbrayılda yenidənqurma işləri sürətlə, keyfiyyətlə icra olunur

Dövlət başçısı İlham Əliyev 2021-ci il fevral ayının 2- "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair reallaşdırılmalı olan 5 Milli Prioritetdən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışdır.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda qarşıya qoyulan məqsədlərə gəldikdə, bunlar ərazilərdə təhlükəsiz yaşayışı dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə kənd yaşayış məntəqələrinin tikintisini dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək, əhalinin məşğulluq imkanlarını artırmaq təbii resurslardan səmərəli effektiv istifadə etməklə, "Ağıllı şəhər", "Ağıllı kənd" "Yaşıl enerji zonası" konsepsiyalarının tətbiqini təşviq etməkdir.

Ölkə rəhbərinin Qarabağ Şərqi Zəngəzura mütəmadi səfərlər etməsi bu çərçivədə yeni kənd qəsəbələrin təməlqoyma mərasimində iştirakı onu göstərir ki, yenidənqurma işləri birbaşa Prezident İlham Əliyevin diqqət qayğısı əhatəsindədir. Müasir üslubda tikinti-quruculuq işləri modern standartlara cavab verməklə ən qabaqcıl texnologiyalar əsasında aparılır. Dünyanın inkişaf etmiş ölkələri ilə qurulan əməkdaşlıq sayəsində yerli şirkətlərlə yanaşı, müxtəlif ölkələrin tikinti şirkətləri Böyük Qayıdış Proqramının icrasına cəlb olunub. Qısa zaman kəsiyində dövlətimizin öz gücü hesabına möhtəşəm layihələrə imza atması iqtisadiyyatımızın gücündən xəbər verir. Xarici investorların bu ərazilərə cəlb olunması istiqamətində aparılan uğurlu islahatlar Azərbaycanın qərb bölgəsinə investisiya axınını daha da sürətləndirəcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə ölkəmizin iqtisadi potensialı da artacaq.

İşğaldan azad olunmuş bütün  rayonlarda olduğu kimi, Zəngilan Cəbrayılda doğma sakinlərini qarşılamaq üçün ciddi səylə hazırlıq işləri davam etdirilir. Mayın 4- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan ərazilərə səfəri çərçivəsində Zəngilan Cəbrayıl rayonlarında da tikinti işlərinin gedişi ilə tanış olmuşdu.

Qeyd edək ki, bu ərazilərdə keçmiş məcburi köçkünlər üçün zəruri olan hər bir şərait yaradılır. Belə vacib amillərdən biri gələcəkdə Zəngilanda yerləşdiriləcək əhalinin fasiləsiz enerji ilə təmin olunmasıdır. Tikintisi uğurla gedən işlərdən biri , "Azərenerji" ASC-nin Zəngilan rayonunda "Sarıqışlaq" Su Elektrik Stansiyasıdır. 10,5 meqavat gücündə olan stansiya Araz çayının sol qolu olan Oxçuçay üzərində qurulmuşdur. Su Elektrik Stansiyasının orta illik elektrik enerji istehsalının 26,7 milyon kilovat-saat olması planlaşdırılıb. Yaşıl enerji zonası konsepsiyasına uyğun olaraq "Sarıqışlaq" ekoloji cəhətdən təmiz enerji istehsal edəcək. Bununla da, qazandığımız Şanlı Zəfərdən sonra su elektrik stansiyalarının sayı 25-ə çatdırılacaq 200 meqavata yaxın, ekoloji cəhətdən təmiz, hidro yaşıl enerji istehsal etmək mümkün olacaq.

Şərqi Zəngəzurda salınan yeni yaşayış məskənlərindən biri 1200 nəfərin məskunlaşması nəzərdə tutulan Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Cahangirbəyli kəndidir. 179,5 hektar ərazini əhatə edən  kənd 2520 nəfər əhalinin yaşaması üçün nəzərdə tutulub. Cahangirbəyli kəndində 242 fərdi ev tikiləcək ki, bunlar birinci mərhələdə iki, üç, dörd beş otaqlı olacaq. Bundan başqa kənddə fərdi evlərlə yanaşı, üçmərtəbəli binaların da  tikintisi planlaşdırılıb.

Cəbrayıl da öz növbəsində Böyük Qayıdışa sürətlə hazırlaşan rayonlarımızdan biridir. Cənub qonşumuzla sərhəd olan Cəbrayılda digər rayonlarda olduğu kimi, yeni kənd qəsəbələr salınır. Mayın 4- Prezidentin iştirakı ilə Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin təməli qoyulub. Azərbaycan xalqının tarixi incilərindən olan Xudafərin körpüsünün yaxınlığında salınan qəsəbə 25 hektar ərazidə yerləşəcək. Baş plana əsasən 149 evin tikilməsi nəzərdə tutulan Xudafərin qəsəbəsində iki, üç, dörd beş otaqlı fərdi evlər tikiləcək. Burada  Araz çayı sahilində Xudafərin körpüsünün yaxınlığında parkın salınması da görüləcək işlər sırasındadır. Qəsəbədə məktəb, uşaq bağçası, inzibati bina, məscid, bazar, mədəniyyət evi, "Karvansaray" hotel digər ictimai-iaşə obyektləri  tikiləcək.

2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız qələbə mahiyyət etibarilə təkcə ərazi bütövlüyümüzü bərpa etməyib, həm iqtisadiyyatımızın inkişafına böyük töhfələr verib. Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan sonra Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiya xətlərinin bərpası bu istiqamətdə tranzit daşımaların həyata keçirilməsi üçün perspektiv imkanlar yaranmışdır. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma, iqtisadi fəaliyyətin canlanması nəqliyyat-logistika imkanlarından istifadə regional iqtisadi-ticarət əlaqələrini genişləndirəcəkdir. İşğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə həmin bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması sənaye parkının yaradılması üçün əlverişli şəraiti təmin edir. Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda - Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüləri istiqamətində sərhəd-gömrük-keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olduğundan, Cəbrayıl rayonunda logistika mərkəzinin, müxtəlif xidmət innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması işğaldan azad edilmiş digər rayonların da bərpasında faydalı olacaqdır. Bu səbəbdən dövlət başçısı 4 oktyabr 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılması haqqında Fərman imzalamışdır.  "Araz Vadisi İqtisadi Zonasın"da "Avto Lizinq Azərbaycan" MMC, "Holcim Azərbaycan" ASC, "Az-Tex-İmport" MMC, "İmprotex Qarabağ Sənaye Kompleksi" MMC-nin müəssisələri fəaliyyət göstərəcək ki, bunlardan Rusiya Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıbİnvestisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına indiyədək 9,4 milyon manatdan çox investisiya yatırılıb. "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə digər texnikalara peşəkar xidmət göstəriləcək.

Musa BAĞIRLI,

"Respublika".