Mülki aviasiya sahəsində əməkdaşlıq əlaqələri genişlənir
Digər xəbərlər

Mülki aviasiya sahəsində əməkdaşlıq əlaqələri genişlənir

Ölkələr arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd vəzifələri AZAL-ın prezidenti Cahangir Əsgərovla Qırğızıstan Baş nazirinin müavini Bakıt Torobayev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Cahangir Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, iqtisadi, mədəni turizm əlaqələrinin inkişafına töhfə verəcək.

Bakıt Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İkitərəfli münasibətlərin ölkələr arasında işgüzar turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcəyi qeyd olunub.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti.