Dini dona bürünmüş riyakar fars rejimi
Digər xəbərlər

Dini dona bürünmüş riyakar fars rejimi

Xarici siyasətinin əsas istiqamətini terrorçuluq təkşil edən İran dövləti tolerantlıqdan uzaq bir şəkildə özünə qarşı yönəlmiş tənqidlərdən nəticə çıxarmaq əvəzinə, diplomatlara, səfirliklərə, yazıçılara jurnalistlərə sui-qəsdlər təşkil etməklə bu sahədə formalaşan ölkələrin önündə gəlir. Fars rejimi Rusiya-Ukrayna müharibəsinə qədər beynəlxalq təşkilat tərəfindən ən çox sanksiya qoyulan ölkələrin siyahısında ilk pillədə qərarlaşmışdı. Buna əsas səbəb insan hüquqlarının bu ölkədə kobud şəkildə pozulması, Suriyada gedən vətəndaş müharibəsində qanlı rejimi dəstəkləmək terroçuluğa töhfə vermək s. olub.

 Başı əmmaməli, üzü "pərdəli" cənub qonşumuzun anti-Azərbaycan mövqeyi əsasən 2020-ci ildə qazandığımız böyük Zəfərdən sonra aydın görünsə , 90- illərin əvvəllərinə nəzər salsaq görərik ki, fars rejimi dövlətimizə qarşı hər zaman düşmən mövqeyində olub. SSRİ-nin dağılmasından sonra İran bölgənin yeni müstəqil ölkələrinin siyasi iqtisadi həyatına təsir göstərməyə çalışan ölkələrdən birinə çevrilir. Təsir imkanı Rusiya, Avropa ABŞ qədər olmasa da ən azından süfrədən özünə pay istəyib. Xarici siyasətdə özünü hər qədər balanslaşdırılmış siyasət aparan ölkə kimi göstərməyə çalışsa da, maraqları naminə din qardaşlarının qanını içməyə çalışan dövlət olduğunu son zamanlar açıq-aşkar ortaya qoyur. Hələ Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə İranın dövlətimizə qarşı mövqeyində ciddi problemlər var idi. 1992-1993- illərdə cənubdan dövlətçiliyimizə qarşı təhdidlər yağırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra iki ölkə arasındakı münasibətlər xeyli irəli getmişdi. Prezident İlham Əliyev Azərbaycan-İran arasında sülhün təhlükəsizliyin dərinləşməsi istiqamətində qarşı tərəfə hər zaman müsbət addımlar atıb. Dövlət başçısı Cəbrayıl rayonuna səfəri zamanı Xudafərin körpüsünü göstərərək dostluq körpüsü adlandırmışdı. Lakin İran yenə ona qarşı yönəlmiş bu çağırışlara adekvat cavab vermədi.

Qeyd olunduğu kimi, 90- illərin əvvəllərindən başlayan anti-Azərbaycan siyasətinin əsas səbəblərindən biri Xəzərin hüquqi status məsələsidir. İran 1994- ildə imzalanmış "Əsrin müqaviləsi" qarşı çıxmağa çalışsa da istəyinə çata bilməmişdi.

Fars rejiminin 2020-ci ildən sonra açıq şəkildə ölkəmizə qarşı düşmənçilik mövqeyi sərgiləməsinin bir çox səbəbləri var. 30 il erməni işğalında olan İran-Azərbaycan sərhədindən istifadə etməklə narkotik ticarətini rahat şəkildə həyata keçirən fars rejimi, indi bu ərazilərdən istifadə edə bilmir. 132 kilometrlik sərhədə Silahlı Qüvvələrimizin nəzarət etməsinə qısqanclıqla yanaşırlar. Digər bir səbəb isə İranın Cənubi Azərbaycan xofudur. Qazandığımız böyük Zəfərin "qığılcımlarının" ərazisində yaşayan soydaşlarımıza sıçramasından qorxaraq münasibətləri gərginləşdirməyə çalışır, müstəqil dövlətimizi soydaşlarımızın "sionist rejimin dəstəkçisi" kimi təqdim edir. Azərbaycanın isə İslam dini ilə heç bir problemi yoxdur. İran dövlətinin türk soykökünə nifrəti o qədər çoxdur ki, ölkə idarə etməsində vətəndaşlarına qarşı etnik ayrı-seçkilik aparır. 30 milyon azərbaycanlının haqları qorunmadığı halda, kiçik bir erməni qrupuna dəstək göstərir. Rejimin rəhbərləri o qədər riyakar, ikiüzlü saxtakardır ki, özləri kriminal erməni dövlətini dəstəklədiyi halda, Azərbaycanı İsrail Türkiyə ilə əməkdaşlıqda suçlayır, bunu region üçün təhdid hesab edirlər. Hansısa bir İsrail şirkətinin Qarabağda "inək ferması" açmağını həzm etmir, lakin ərazilərindən Ermənistana silah ötürür, PKK-YPG terror qruplaşmalarının Qarabağda döyüşməsinə şərait yaradır.

Ümumiyyətlə, bu ölkə üçün müqəddəs deyilən tək anlayış terror narkotik ticarətidir. İnsanların dinə qarşı hissiyyatlarından istifadə etməklə müxtəlif ölkələrdə casus şəbəkələri qurub, dövlət çevirilişlərində, sui-qəsdlərdə iştiraka hazırlayırlar.

Azərbaycanda da həmçinin casus-cinayətkar şəbəkəsi yaradır, onlar aşkar edildikdə isə onlara dini don geyindirirlər.

İranın Azərbaycana qarşı təbliğat maşınının yeni olmadığı, tarix boyu xalqımıza qarşı düşmənçilik siyasəti yürütdüyü, casus şəbəkələri yaratması artıq hər kəsə məlumdur. Azərbaycanın güclənməsini heç cür qəbul edə bilməyən fars rejiminin ölkəmizə qarşı apardığı xarici siyasətinin əsasında xof yaratmaq durur. Coğrafi əhali cəhətdən özündən dəfələrlə kiçik, amma tolerantlıq, inkişaf indeksinə görə özündən qat-qat güclü olan Azərbaycana etdiyi siyasi təzyiq baş tutmadıqda daha da çirkin oyunlara əl atır. Sərhədlərində iki güclü türk dövlətinin olması demək olar ki, farsların yuxusunu ərşə çəkib. Ona görə harada türkün düşməni varsa İran da oradadır.

Musa BAĞIRLI,

"Respublika".