“Seçki prosesində müşahidəçi kimi iştirak etmək həqiqətən çox xoşdur. Ümumi vəziyyət ürəkaçandır. Proses şəffaf şəkildə davam edir”.
Bu sözləri “Respublika”-ya açıqlamasında 22 saylı Nəsimi-Yasamal Dairə Seçki Komissiyasının 6 saylı məntəqəsinin müşahidəçisi Alimə Nadirova bildirib.
O, seçkilərin ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilməsinin qürurverici olduğunu qeyd edib.
Nəzrin ELDARQIZI,
“Respublika”.