“OceanGate” şirkəti
Digər xəbərlər

“OceanGate” şirkəti "Titanik" turları üçün bilet satmağa davam edir

Şirkət beş nəfərin ölümünə səbəb olan “Titan” sualtı fəlakətinə baxmayaraq, Şimali Atlantika sularında “Titanik” gəmisinin batdığı yerə təşkil edilmiş turlar üçün bilet satmağa davam edir.

2024-cü il üçün tur cədvəli şirkətin rəsmi saytında "Expeditions" başlığı altında yerləşdirilib və bir biletin qiyməti 250.000 ABŞ dolları olaraq göstərilib.

Qeyd edək ki, iyunun 19-da "Titanik"in qalıqlarının olduğu əraziyə eniş zamanı “Titan” sualtı batiskafı ilə əlaqə kəsilib. Üç gündən sonra "Titan"ın qalıqları aşkar edilib. Batiskafda olan 5 nəfərin hamısı həlak olub.